Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Lukoil”un da bazarı bağlandı: Rusiyadakı zavodları işini dayandırır
“Lukoil”un da bazarı bağlandı: Rusiyadakı zavodları işini dayandırır

Rusiya iqtisadiyyatı sanksiyaların təsirini zaman-zaman hiss edir. Kreml üçün çətin günlər irəlidədir. Xarici şirkətlərin əksəri ölkədə fəaliyyətinə son qoyub. Yerli müəssisələr də işləyə bilmir.

Bizimyol.info xəbər verir ki, “Lukoil”un Rusiyadakı zavodları işini dayandırır. Səbəb anbarlarda lazım olandan xeyli çox neft məhsulunun toplanmasıdır. Şirkət xarici müştərilərini itirib. Məhsullar heç cür satılmır. Bundan sonra mazut istehsal etməyin mənası qalmayıb. Buna görə də zavodlar fəaliyyətini dayandırır. İşin nə vaxt bərpa olunacağı ilə bağlı məlumat verilmir.

“Lukoil”un Rusiyada 4 neft emalı zavodu var. Şirkət ölkədə bu sahədə istehsal həcminə görə yalnız “Rosneft”dən geri qalır. “Lukoil” 2021-ci ildə 43 milyon ton neft emal edib. Amma işi daha davam etdirmək mümkün deyil. Anbarlardakı məhsullara müştəri tapmaq olmur. Əksinə, indiyə qədər emal olunan neft məmulatları istifadəsiz qalıb. “Lukoil”u vəziyyətdən çıxarmaq üçün bir müddət İstilik Elektrik Stansiyalarında təbii qaz əvəzinə mazutdan istifadə olunacaq.

Ümumiyyətlə, Rusiya neftlə bağlı ciddi sıxıntı yaşayır. Dünya birjalarında ümumi qiymət qənaətbəxş olsa da, şimal dövlətinin məhsuluna yaxın duran yoxdur. Hətta Çin də Rusiyadan neft almağa çəkinir. Çünki Qərbin qəzəbinə tuş gəlmək ehtimalı var. “Sinopec”, CNOOC, “PetroChina” və “Sinochem” şirkətləri maydan etibarən şimal ölkəsindən neft tədarükünü dayandıracaq. “Sinopec” cari müqavilələrin şərtlərinə belə, əməl etmək istəmir.

Dünya bazarlarında “Brent” markalı neftin bareli 102 dollardan bir az baha təklif olunur. Amma “Urals”ın rəsmi dəyəri 79 dollara düşüb. İş orasındadır ki, Rusiya neftini bu qiymətə də sata bilmir. Çinə 45-50 dollara təklif etmək də işə yaramır. Rusiya ilə alver indi çox təhlükəli addım sayılır. Kreml hələ yetərincə zərər görməyib. Bir çox müqavilələrin müddəti bitməyib. Yeni anlaşmaların imzalanmaması daha böyük zərbədir.

"Lukoil" şirkətinin prezidenti əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. Qərbin sanksiyalarına məruz qalanların siyahısında onun da adı yer alır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »