Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Real addımların atılması mümkün olarsa, çox böyük nəticə əldə etmək olar”
“Real addımların atılması mümkün olarsa, çox böyük nəticə əldə etmək olar”

Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Siyasi şərhi Mübariz Göyüşlü Bizimyol.info saytına görüşü şərh edən zaman bildirib ki, Brüssel görüşünün keçirilməsini müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu görüşdən sonra istər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamalarına, istərsə də bizim Xarici İşlər Nazirliyinin bəyanatına baxdıqda ilkin olaraq insanda müsbət təəssürat formalaşır.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Əgər səsləndirilən məqamlar icra olunacaqsa, bu görüşün faydalı ola biləcəyini demək mümkündür. Burada xüsusi ilə iki məqam diqqəti cəlb edir. Sərhədin delimitasiyası və tərəflər arasında müəyyən etimad məsələlərinin yaranması üçün qoşunlarla bağlı fəaliyyət üçün birgə qrupun yaranmasına cəhd göstərilməsi məsələsi çox mühüm amildir. Çünki sərhədlər müəyyən olunmadıqca, qoşunlar arasında qızğın atışma şəraiti qaldıqca, hər hansısa normal anlaşma, münasibətlər qura bilmək planlarından söz açmağa dəyməz.

Sərhəd delimitasiya olunmalı və buna uyğun olaraq həm Azərbaycan, həm də Ermənistan qoşunları xidmət etməlidir. Atışmalardan və gərginliklərdən qaçmaq lazımdır.

Təəssüflə qeyd etmək istəyirm ki, Brüssel görüşü gecə saatlarında olub və bu gün Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Ermənistan Tovuz istiqamətində atəşkəsi pozub. Belə halları bu proseslərə kölgə salmağa cəhd kimi qiymətləndirirəm. Ona görə də Ermənistan bu danışıqlardan və atəşkəsin pozulmasından nəticə çıxarmalı, silaha əl atmaqdan, separatçılıqdan əl çəkməlidir”.

Siyasi şərhçinin sözlərinə görə, digər bir məsələ isə Xarici İşlər Nazirləri səviyyəsində bir qrup yaradılması və bu sülh müqaviləsinin imzalanmasına hazırlıq görülməsidir.

“Bu da çox mühüm və müsbət haldır. Düzdür, bizim Xarici İşlər Nazirliyinin bəyanatında bununla bağlı hər hansı bir qeydə rast gəlmədim. Amma bu Avropa İttifaqı Şurası Prezidentinin açıqlamasında var idi.

Düşünürəm ki, bu da özlüyündə faydalı bir məqamdır. Buna icra mexanizmi tapılarsa, gerçəkləşməsi üçün real addımlar atılması mümkün olarsa, çox böyük nəticə əldə etmək olar. Bütövlükdə və ümumən belə görüşlərin olmasını müsbət qiymətləndirirəm.

Əvvəlki çıxışlarımda da bildirmişdim ki, Avropa İttifaqını bu məsələlərdə müsbət davranışlar göstərən tərəf kimi görürəm. Rusiya isə sanki məsələnin həllinə yox, daha da uzatmağa çalışır. Bu baxımdan da hesab edirəm ki, Brüssel görüşü müəyyən irliləyişlərin əldə olunması ilə nəticələnəcək.

Görüşdə alınan qərarların real icra mexanizmləri isə Ermənistan tərəfinin iradəsindən asılıdır. Çünki Azərbaycan öz iradəsini ortaya qoyub və dediklərinə əməl edir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »