Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buça şəhərində üç kütləvi məzarlıq tapılıb
Buça şəhərində üç kütləvi məzarlıq tapılıb

Kiyev vilayətinin Buça şəhərinin meri Anatoli Fedoruk şəhərdə rus işğalçılarının törətdiyi vəhşiliklərdən sonra aşkarlanmış kütləvi məzarlıqlardan danışıb.

Bizimyol.info xəbər verir ki, o, "DW"ə müsahibəsində bu dəhşətli epizodları paylaşıb.

Fedorukun sözlərinə görə, dünən axşama olan məlumata görə, kütləvi məzarlıqlardan 320 dinc sakinin cəsədi aşkarlanıb. Tapılan cəsədlərin sayı hər gün artır.

"İnsanlar itləri aparmasın deyə ölüləri basdırmağa çalışırdılar. Onlar top atəşi olmayanda meyitləri şəxsi mülklərdə, parklarda, meydanlarda, basdırmaq mümkün olan yerlərdə basdırıblar. İndi kəndlərdə belə müvəqqəti dəfn yerlərindən hər gün yeni cəsədlər tapırıq", - deyə Buça meri bildirib.

O əlavə edib ki, ölənlərin az qala 90 faizi qəlpə deyil, güllə yarasından həlak olub.

Kütləvi məzarlıqların dəhşətli görüntüləri dünyanı şoka salıb. Buna görə də Fedoruk Buçada nə qədər belə qəbir tapıldığı sualına: “Buçada hələ ki, üç kütləvi məzarlıq aşkar edilib: bura rus işğalçılarının əlləri arxadan bağlanmış insanların cəsədlərini atdıqları “Ukraqrosnab” müəssisəsinin ərazisidir, həmçinin Vokzalnaya, Yablunskaya küçələri və Promenistiya uşaq düşərgəsi, orada da əlləri bağlı və güllə yaraları ilə öldürülmüş insan meytləri tapıblar”, - deyə şəhər meri məlumat verib.

Qeyd edək ki, Buça azad edildikdən sonra Kiyev vilayətində rus işğalçılarının vəhşiliklərini nümayiş etdirən çoxsaylı foto və videolar görünməyə başladı.

Xüsusilə də görüntülərdə Buça küçələrinə öldürülərək atılmış mülki şəxslərin cəsədləri əks olunub. Əksər meyitlərin əli bağlı və başından güllə yarası olub. Hətta velosipedlə hərəkət edən gənci güllələyərək yol kənarına atdıqları görüntülərdə əks olunub.

Rusiya Müdafiə Nazirliyi Buça sakinlərinin vəhşicəsinə qətlə yetirilməsində və işgəncələrdə iştirakını təkzib edib.

Rusiya aprelin 4-də Buçada “Ukrayna radikallarının təxribatları” ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb etsə də, rədd edilib.

Amerikanın “The New York Times” qəzetinin peyk görüntülərinin təhlili göstərdi ki, Rusiyanın Buçada mülki əhalinin öldürülməsinin əsgərləri şəhəri tərk etdikdən sonra baş verdiyi barədə iddiaları yalandır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »