“Vladimir Putinin Ukraynadakı strateji nailiyyətləri sıfıra bərabərdir”.
Bizimyol.info xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Bu bəyanatlar 24 min rus əsgərinin Kiyev vilayətindən tamamilə çıxarılması fonunda səslənib.
Kirbi deyib: “Kiyevin quru işğalı təhlükəsi açıq-aydın, ən azı bu an üçün sona çatıb. Lakin işğalçı dövlətin uzunmüddətli hədəflərinin nədən ibarət olduğu hələ ki, tam bəlli deyil”.
"Bölgəni tərk edən bölmələr yenidən formalaşdırmaq üçün Belarus və Rusiya ərazisinə çəkilir. Amma hansı bölmələrin yenidən Ukraynaya geri göndəriləcəyi hələ məlum deyil. Lakin bu gözlənilir", - deyə Kirbi əlavə edib.
Pentaqonun sözçüsü: “Əlbəttə, Ukrayna qalib gələ bilər. Rus ordusunun indiyə qədər nəyə nail ola bildiyinə nəzər salsanız, görərsiniz ki, onların strateji nailiyyətləri sıfıra bərabərdir. Rusiya əsas hədəfi olan Kiyevi işğal edə bilmədi, hökuməti devirə bilmədi, Ukrayna milli dövlətini dağıtmaq planlarını həyata keçirə bilmədi. Həm cəbhədə, hən diplomatiyada ard-arda və gözləmədiyi zərbələr aldı. Moskva nə qədər ört - bastır etməyə çalışsa da, qtisadi çətinliklər məngənəsinədə hər gün daha çox sıxılmağa davam edir. Rusiya Ukraynada gözləmədiyi müqavimətlə üzləşdi. Və ölkənin hərbi sahədə bərbad vəziyyəti üzə çıxdı. Kremlin planları darmadağın oldu.
O, az sayda əhali mərkəzlərini öz nəzarətinə götürə bildi ki, bu mərkəzlər onun ilkin mərhələdə maraq dairəsindən uzaq olan ərazilər hesab oluna bilər. Ukraynanın bəzi ərazi dairələri işğal edilmiş olsa da, Rusiyanın vəziyyəti ilə müqaisədə xeyli üstünlükləri var. Bunun sübutu hər gün gördüyünüz nəticələrdir. Ukrayna mütləq qalib gələ bilər”,- deyə o qeyd edib.
Qadir, Bizimyol.info