Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ya müharibəni dayandırmağı, ya da nasizmi seçin
Zelenski: Ya müharibəni dayandırmağı, ya da nasizmi seçin

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası vətəndaşlarını müharibənin dayandırılmasını tələb etməyə çağırıb. Nasizmin və kütləvi qətlin gələcəyi olmadığını söylədi.

Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə videomüraciətində bildirib.

"Görünür, dünyada müasir Rusiya dövlətinə münasibət nəhayət ki, dəyişir. Dünya rus qoşunları Buçadan gedəndən sonra orada gördüklərindən dəhşətə gəlib. İndi Rusiyada hamıya münasibət sadə olacaq: İndi siz ya sülhün yaradılması üçün yollar axtarılmasını dəstəkləyirsiniz, ya da əsassız qırğınların davam etməsi rəvac verən müharibənin davam etməsini seçməlisiz”, - deyə prezident qeyd edib.

Buça, İrpin və Ukraynanın digər şəhərlərində öldürülən ukraynalı uşaq, gənc, yaşı -kişi və qadınların hər bir ruslar üçün nəhayət müharibə, yoxsa sülh seçiminə qərar verməsi üçün son arqument olduğunu qeyd edən Zelenski müraciətə rus dilində davam edib.

"Əgər müharibə üçünsə, o zaman əbədi olaraq, ömrünün sonuna qədər sürgün ediləcək və nəhayət hər şeyi itirəcəksən. Biz bunun dayandırılmasını tələb etməliyik, yəni müharibəyə son qoyulmasını tələb etməliyik. Hansı daha yaxşıdır, sülh tələb etmək, yoxsa nəyisə itirmək. Bu günkü Rusiyanın repressiya maşınına qarşı çıxmaq istəməyən rusiyalılar, ömrlərinin sonuna qədər nasistlərə bərabər tutulacaqlar”, - deyə o vurğulayıb.

Dövlət başçısı vurğulayıb ki, bu, təkcə Rusiya Federasiyasının ictimai xadimlərinə və ya iş adamlarına deyil, sadə vətəndaşlarına da aiddir.

“Nasizmin gələcəyi yoxdur, kütləvi qətllərin gələcəyi yoxdur, Rusiyada indi müharibənin dayandırılmasını və rus qoşunlarının Ukraynadan çıxarılmasını tələb etməyənlərin gələcəyi yoxdur", - deyə Zelenski müraciətində qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »