Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan seçkilərdə 6 müxalifət partiyasını məğlub edəcəyinə dair vəd verib
Ərdoğan seçkilərdə 6 müxalifət partiyasını məğlub edəcəyinə dair vəd verib

Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək prezident və parlament seçkiləri çox əhəmiyyətlidir.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri 6 müxalifət partiyasının yaratdığı ittifaqa da münasibət bildirib: “Küçədə bir-birini görüb salam verməyəcək altı nəfər bir masa ətrafında toplaşıb. Bunun bənzəri Macarıstanda da olmuşdu. Onların təlimatları haradan aldıqları məlumdur. Ortada razılaşdırdıqları bir proqram yoxdur, prezidentliyə namizədləri yoxdur. Proqram deyə ortaya çıxardıqları mətn xaricdə hazırlanıb onlara verilib”.

Ərdoğan 2023-cü ilin seçkilərində altı müxalifət partiyasına dərs verəcəklərini vəd edib.

“Bunun üçün çalışmalıyıq”, - Türkiyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin 6 müxalifət partiyasının lideri prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi üçün bir araya gəlib. Bunlar İYİ Partiya lideri Maral Akşener, “Səadət” lideri Təməl Karamollaoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, DEVA partiyasının lideri Əli Babacan və CHP lideri Kamal Kılıçdaroğludur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »