Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynada itirdiyi desantçılar üçün ayrıca xiyaban salıb
Rusiya Ukraynada itirdiyi desantçılar üçün ayrıca xiyaban salıb

Rusiya ordusunun Ukrayna müharibəsində uğursuzluğu davam edir. Kiyev vilayəti tamamilə əldən verilib. Kreml qoşunları heç bir cəbhədə irəliləyə bilmir. Ölən hərbçilərin sayı 19 minə yaxınlaşır. 684 tank, 150 təyyarə, 332 artilleriya sistemi sıradan çıxıb. Ukrayna müqavimət qüvvələrinin məhv etidiyi hərbi maşınların sayı 2 minə çatır.

Bizimyol.info xəbər verir ki, Mixaylovsk şəhərində Ukraynada ölən desantçılar üçün ayrıca xiyaban salınıb. Sosial mediada paylaşılan videoda bundan danışılır. Yeni xiyabanı çəkən şəxs rəmzləri ifadə edən əşyaların məhz desantçıların basdırılmasından xəbər verdiyini deyir. Təxminən 70-80 hərbçinin məzarını görmək mümkündür. Desantçıların arasında bir dənizçinin də qəbri diqqət çəkir.

Rusiya ordusunun Ukraynada həlak olmuş hərbçilərinin əksərinin meyiti ailəsinə təhvil verilməyib. Belarusda alternativ media bu barədə çox yazı hazırlayıb. Çünki ölən rus hərbçilərinin meyiti daha çox bu ölkəyə göndərilir. Kreml əhalinin böyük narazılığından ehtiyat edir. Mixaylovskdakı xiyaban da şəhər kənarında salınıb. Yəni çox diqqət çəkməməsi nəzərə alınıb.

Kreml Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb. Rusiya hakimiyyəti ayın sonuna qədər Kiyevi ələ keçirəcəyinə inanırdı. Amma Ukrayna hərbçiləri ciddi müqavimət göstərir. Martda Rusiya ordusu xeyli irəliləmişdi. İndi hər şey əksinədir. Ukrayna müqavimət qüvvələri işğal edilmiş yerləri bir-birinin ardınca geri qaytarır. Rusiya ordusu bacardıqca çox tələfat olmasına çalışır.

Müharibə Rusiyaya həm də iqtisadi zərbələr endirir. Sanksiyalar öz yerində. Qərbin cəza mexanizmi öz işini görür. Rusiya iqtisadiyyatı ağır günlər yaşayır. Lakin müharibənin hər günü Kremlə ayrıca baha başa gəlir. Putin hakimiyyəti azı 800 milyard dolları havaya sovurub. Hadisələrin sonrakı gedişi Rusiya üçün yaxşı heç nə vəd etmir. Kreml necə davranacağını bilmir. Əvəzində Ukrayna hakimiyyəti xeyli qətiyyətli təsir bağışlayır. Qələbə qoxusu ovqatı yaxşılaşdırıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »