Çərşənbə günü, aprelin 6-da Yunanıstanda rusiyayönlü fəallar NATO texnikasının Ukrayna sərhədlərinə gedən dəmir yolunu bağlayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə Hellas Hərbi Xəbərlər Portalı məlumat yayıb.
Rusiyapərəst yunanların dəmir yoluna çıxaraq etiraz aksiyası keçirdikləri bildirilir. Nümayişçilər Rumıniya və Polşaya doğru hərəkət edən qatarın qarşısını kəsiblər. Onların afişalarında “NATO sui-qəsdçiləri, evə qayıdın” yazılıb.
Qadir, Bizimyol.info