Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda Ukraynanın neft emalı kompleksi rus artileriyasının məqsədyönlü şəkildə həyata keçirdiyi raket zərbələrinə məruz qalaraq yanıb.
Bizimyol.info xəbər verir ki, Energetika naziri German Qaluşenko bu barədə "RBC-Ukrayna"ya müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, aprelin 6-na keçən gecə düşmən Dnepropetrovsk vilayətini səmadan atəşə tutub. İşğalçılar neft emalı kompleksini məqsədyönlü şəkildə dağıtırlar.
"Rusiya işğalçıları hazırda neft emalı zavodunu qəsdən dağıdıblar. Amma biz döyüş əməliyyatlarının ilk günlərindən çoxşaxəli təchizat əldə etmişik. Ona görə də biz yanacağa olan ehtiyacı təmin edəcəyik. Bunu necə edəcəyimizi bilirik, tədarük olacaq. Biz qarşımızdakı düşmənin nələr etməyə qadir olduğunu bilirik və bütün hazırlıqlarımızı da bu yöndə gerçəkləşdiririk", - deyə nazir bildirib.
Eyni zamanda o qeyd edib ki, hazırda neft məhsullarının satışı bazarında şəraitdə dəyişiklik var.
"Artıq bəzi dəyişikliklər olub - aksiz vergisi ləğv edilib, ƏDV azaldılıb. Əgər başqa iş görmək lazımdırsa, biz tez bir zamanda qərar qəbul edəcəyik. Ukrayna dövlətinin rəsmi şəxsləri ekstimal şəraitdə, gecikmədən düzgün qərarlar qəbul edir. Qələbəyə qədər bütün çətinliklərə dözəcək, xalqımızı bu bəladan xilas edəcəyik", - deyə nazir bildirib.
2022-ci il aprelin 6-na keçən gecə düşmən Dnepropetrovsk vilayətini səmadan atəşə tutub. Neft anbarı dağıdılıb. Ərazidə yanğın baş verib. Yanğının tüstüsünü uzaq məsafədən aydın görmək mümükün olub.
Qadir, Bizimyol.info