Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin bir ay vaxtı qalıb.., nəqliyyat və sənaye çökəcək" - Fedorov
"Putinin bir ay vaxtı qalıb.., nəqliyyat və sənaye çökəcək" - Fedorov

“Buçada baş verən vəhşiliklər hüquqi prosedura uyğun olaraq sübuta yetirilməlidir. Mən başa düşdüyüm qədər, Ukrayna hakimiyyəti bunu edir. Sonra bu sübut beynəlxalq təşkilatlara təqdim edilməlidir. Məlumdur ki, Rusiya Federasiyası bunun bəzi ukraynalı millətçilərin işi olduğunu açıqlayıb. Amma həqiqəti hüquqi müstəvidə qeyd etmək üçün bir növ beynəlxalq istintaq komissiyasının olması lazımdır ki, bu faktları məhkəmə-tibbi ekspertiza əsasında təsdiq etsin”.

Bizimyol.info xəbər verir ki, bu barədə hərbi ekspert Yiri Fedorov danışıb. O bildirib ki, bundan sonra Rusiya dövlət xadimlərinin və bütün bunları edən quldurların şəxsi məsuliyyəti haqqında sual yaranır.

Hərbi eksperin sözlərinə görə, Rusiya qanunlarına görə, Vladimir Putin artıq cinayətkardır. Belə ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 353-cü maddəsi “təcavüzkar müharibənin hazırlanması və başlanması” ilə əlaqədardır. Və bununla bağlı məsuliyyət var.

Putin sadəcə olaraq, bu maddənin müddəalarına görə Rusiyada da mühakimə edilə bilər : “Mən beynəlxalq cinayət məhkəməsi var və s. inanmaq istəyirəm. Putin ora necə çatacaq? Ümid edirəm ki, çatacaq. Yeri gəlmişkən, belə bir hal olmuşdu. Serbiya prezidenti Miloşeviç vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Haaqa məhkəməsinə ekstradisiya edilib. Orada mühakimə olunurdu”.

Hərbi ekspert həmçinin bildirib ki, Ukrayna hərbi rəhbərlərinin bəyantlarına görə, müharibənin ikinci mərhələsi aprelin 1-i başlamalı olsa da, başlamadı. Bu isə o deməkdir ki, Rusiyanın hücuma hazırlıqla bağlı çox ciddi problemləri var. “İkincisi isə, Putinin vaxtı tükənir. 9 May Putin üçün müqəddəs tarixdir. Bu tarixə qədər o, qələbəsini elan etməlidir - hətta Amerika kəşfiyyatı da bu barədə məlumat verib. Amma hansı qələbəni elan edə bilər, bilmirəm, çünki qələbə görmürəm. Digər bir amil isə, tətbiq edilən və ediləcək sanksiyalarla bağlıdır. Çünki yaya qədər onlar öz təsirini göstərməyə başlayacaq. Xüsusən də Buçada bu dəhşətli cinayətlərin üstü açıldıqdan sonra vəziyyət daha ağır olacaq. Burada əsas olan əhalinin deyil, sənayenin reaksiyasıdır”,- deyən ekspert vurğulayıb ki, yaya qədər idxal komponentləri və xaricdən gətirilən ehtiyat hissələri olmadığı üçün, Rusiyada nəqliyyatın çökməsi və bir sıra sənaye sahələrinin dayanması gözlənilir.

Bu həm də Putinin uzunmüddətli müharibə aparmasına mane olan amildir. Ekspertin fikrincə, Putinin həm siyasi, həm də iqtisadi baxımdan bir ay vaxtı qalıb. “Son günlər Rusiyada ehtiyat qoşunların gizli səfərbər olunması ilə bağlı məlumatlar yayılıb. Siyasi baxımdan bu çox təhlükəli hadisədir, çünki bunlar 18-19 yaşlı uşaqlar deyil. Onlar yaşı 25 və daha yuxarı yaşda olan, həyat planları olan, ailəsi olan və ondan ayrılıb Ukraynada cəbhəyə getmək istəməyən insanlardır.

Putinin kütləvi səfərbərlik riskinə gedəcəyinə əmin deyiləm, çünki bu, onun üçün çox xoşagəlməz daxili siyasi hadisələrə səbəb ola bilər”,- deyə eskpert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »