Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin "9 may" arzusu ürəyində qalacaq: "Ordunun döyüş qabiliyyəti çox aşağıdır"
Putinin "9 may" arzusu ürəyində qalacaq: "Ordunun döyüş qabiliyyəti çox aşağıdır"

“Təcavüzkar ölkə Rusiyanın rəhbəri Vladimir Putinin Ukraynanı məğlub etmək üçün sərf etdiyi vaxt və ordu ehtiyyatları kəskin şəkildə azalır. "9 May Qələbə günü" diktator üçün müqəddəs bir tarixdir, lakin Ukraynada “xüsusi əməliyyat”ın başa çatdığını elan etmək onun qismətinə düşməyəcək. Rusiya qanunlarına görə, Putin Ukraynaya qarşı müharibəyə başlamaqla artıq cinayət törədib. O, Serbiya diktatoru Slobodan Miloşeviç kimi Haaqada müttəhimlər kürsüsünə düşə bilər”.

Bizimyol.info xəbər verir ki, bu barədə hərbi ekspert Yuri Fedorov danışıb. O bildirib ki, hazırda Ukraynanın cənubunda İzyum-Popasnaya hücumların həyata keçirilməsi məqsədilə Rusiyada qüvvələrin toplanması prosesi baş verir. Ancaq Moskvanın ümid etdiyi kimi Mariupol alınması hələ mümkün olmayıb, Mariupol yaxınlığındakı qüvvələr Ukrayna Silahlı Qüvvələrini mühasirəyə almaq üçün şimala göndəriləcək.

Ekspert hesab edi rki, bu planlar olduqca açıqdır, lakin onların nə dərəcədə həyata keçirilə biləcəyi başqa sualdır. “Burada çox ciddi şübhələrim var. Çünki birincisi, Rusiya ordusunda qoşunların komandanlığı və nəzarəti çox aşağı səviyyədədir. Bunu Rusiya qoşunlarının Kiyev vilayətindən nizamsız şəkildə çıxması da sübut edir. Əvvəlcə çıxış təşkilatlanmış şəkildə olsa da, sonradan dağınıq oldu”,- deyən Fedorv əlavə edib ki, bununla yanaşı, onların lazımi sayda təlim keçmiş, döyüşməyi bacaran ehtiyat kadrları yoxdur.

Və nəhayət, onların Kursk və Belqorod bölgələrində cəmləşdirdikləri qüvvələrin döyüş effektivliyinə dair çox ciddi şübhələr var. Ümumiyyətlə, Rusiya ordusu göstərdi ki, bu, “möhtəşəm Potyomkin kəndidir” və onun birlik və birləşmələrinin real döyüş qabiliyyəti generallarının bu barədə öz rəhbərlərinə və Putinə bildirdiklərindən çox aşağıdır.

“Bütün hərbi ekspertlərə məlum olan bir məqam var ki, hücum çox yaxşı təşkilatlanma, o cümlədən arxa cəbhə, maddi-texniki təchizat və çox yüksək səviyyədə komandanlıq və nəzarət tələb edən çox mürəkkəb hərbi əməliyyat növüdür. Bu vəziyyət mənə kifayət qədər optimist qiymətləndirmə verməyə imkan verir ki, növbəti hücum da uğursuz olacaq.

Və ən son Ukraynanın şəhərlərini Rusiya raketləri ilə terrorçuların atəşə tutmasının davam etməsidir. Bu isə Rusiya hərbçilərinin daha çox döyüş meydanında uğur qazanmağa yox, Ukraynada cəmiyyətin vətənpərvər səfərbərliyini azaltmağa və bununla da ölkə rəhbərliyini Rusiyanın tələblərini qəbul etməyə məcbur etməyə hesablandığını deməyə əsas verir. Bu isə o deməkdir ki, Moskvanın hərbi əməliyyatlarda xüsusən də quru qoşunlarının uğuruna ümidi yoxdur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »