Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Twitter" yeni funksiyanı işə salır - Rəsmi açıqlama
"Twitter" yeni funksiyanı işə salır - Rəsmi açıqlama

Sosial şəbəkə platforması "Twitter", son illərdə bəlkə də ən çox tələb olunan, redaktə funksiyasını sınaqdan keçirməyə başlayacağını açıqladyıb.

Bizimyol.info xəbər verir ki, uzun müddətdir istifadəçilər tərəfindən tələb olunan bu xüsusiyyət sayəsində yazı səhvi etdiyiniz və ya müəyyən bir hissəsini redaktə etmək istədiyiniz tvitləri silib yenidən paylaşmaq məcburiyyətində qalmayacaqsınız.

Redaktə düyməsi tezliklə sınaqdan keçiriləcək. Şirkət yaxın aylarda "Twitter Blue" abunəçiləri ilə funksiyanı sınaqdan keçirməyi planlaşdırdığını açıqlayıb.

"Tvitter" rəsmi hesabında aşağıdakı açıqlamaları verib:

"İndi hamı soruşur. Bəli, biz keçən ildən redaktə funksiyası üzərində işləyirik! Xeyr, biz bu ideyanı sorğudan əldə etməmişik. Xeyli vaxtdır ki, bunun üzərində işləyirik, nəticələt var. Gələn aylarda @TwitterBlue Laboratoriyalarında testlərə başlayırıq. Nəyin işlədiyini, nəyin olmadığını və nəyin mümkün olduğunu müəyyənləşdiririk", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, "Twitter"in ən böyük səhmdarı Elon Musk şəbəkə istifadəçilərindən redaktə düyməsi istəyib-istəmədikləri barədə sorgu keçirib.

Maskın sorğusu nəticəsinə görə, istifadəçilərin 73,6%-i "Twitter"də “redaktə butonu” istədiklərini bildirib.

Digər tərəfdən, 26,4 faiz bunu istəmədiyini bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »