LDPR lideri Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra çərşənbə günü vəfat edib.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin palatanın plenar iclasında bildirib.
"Vladimir Volfoviç Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra ölüb", - deyə Volodin bildirib.
Deputatlar siyasətçinin xatirəsini bir dəqiqəlik sükutla yad edib və iclasa fasilə elan ediblər.
Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə LDPR sədrinin ölüm xəbəri yayılmışdı. Lakin o vaxt Dövlət Dumasının üzvləri xəbəri təkzib edərək deputatın sağ oluğunu bildirmişdilər.
Qadir, Bizimyol.info