Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya şalvarını əynində saxlaya bilməyəcək" – Kreml dəstəkli separatçıdan “acı etiraf”
"Rusiya şalvarını əynində saxlaya bilməyəcək" – Kreml dəstəkli separatçıdan “acı etiraf”

“DXR” yaraqlılarının keçmiş lideri İqor Qirkin (Strelkov) Ukraynanın müharibədə qalib gələcəyini deyib və Rusiyanın əsas problemini göstərib.

Ukraynalıların sürətli səfərbərliyi, həmçinin Rusiya ordusunun keyfiyyətsizliyi və iqtisadiyyatının vəziyyətinə görə Rusiya Ukraynaya qarşı bu müharibədə qalib gələ bilməyəcək . Üstəlik, “DXR” terrorçularının keçmiş lideri hətta savaşın Rusiya ərazisinə keçə bilməsi ehtimalının da yüksək olduğunu bildirib.

“Biz Avropaya heç bir halda arxalana bilmərik ”,- deyə o, Rusiyanın “təbliğatçı” telekanallarından birinə müsahibəsində danışıb.. Girkin bildirib ki, Rusiya generalları döyüşməyi bacarmırlar və hətta Çin kimi potensial müttəfiqlər belə Rusiyanın "şalvarını əynində saxlaya bilməyəcək".

“Səfərbərlik olmadan, o cümlədən iqtisadiyyatı səfərbər etmədən Rusiya Federasiyası bu müharibədə qalib gələ bilməyəcək. Ancaq Ukrayna qalib gələ bilər, çünki o, səfərbərdir və ona istədiyi qədər silah verəcəklər, səfərbərlik apararaq yarım milyonluq ordu yaradacaqlar. Bizim birləşmələr onlara nə edə bilərlər, hətta sıralarımızı könüllü müqaviləli əsgərlərlə doldursaq belə?..”,- deyə sabiq separatçı lider ümidsizliyini dilə gətirib.

O, etiraf etdi ki, podratçıların işə götürülməsi Rusiya Federasiyasına cəmi bir neçə min insan verəcək, lakin bacarıqlar unudulmuş olduğundan, onlar yenidən hazırlanmalı olacaqlar.

Rusiya Federasiyasının tərəfdarı olan Girkin Donbassdakı səfərbərliyi də tənqid edib: “Fakt budur ki, tanınmamış respublikaların ərazilərindən "pulemyotu hansı tərəfdən dolduracağını bilməyən" insanlar döyüşə aparılır. Əgər Rusiya da səfərbərlik həyata keçirilməsə, biz Rusiya ərazisinin işğal olunmasını da görməli olacağıq”.

O əlavə edib ki, Kreml hakimiyyəti bu müharibədən nə istədiklərini belə aydın şəkildə ifadə edə bilmir.

Girkin bir müddət əvvəl Putin ordusunun Ukraynaya hücumunun uğursuz olduğunu bildirmişdi. O, həm də əmindir ki, müharibə Rusiya Federasiyasının özü üçün təhlükəli nöqtəyə gəlib çatıb. Rusiyalı cinayətkar Ukraynada Rusiya ordusunun strateji uğurlarının olmadığını da qeyd etmişdi.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »