Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Volodin: ABŞ-ın Rusiyaya qarşı “cəhənnəm” sanksiyaları nəticə vermədi
Volodin: ABŞ-ın Rusiyaya qarşı “cəhənnəm” sanksiyaları nəticə vermədi

"Birləşmiş Ştatlar Rusiyanın bank sistemini iflic edə bilmədi. Rusiya Federasiyası bütün öhdəliklərini yerinə yetirmək iqtidarındadır, sanksiyalar isə ABŞ vətəndaşlarının özlərinə ziyan vurur".

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu fikri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında bildirib.

"Vaşinqtonun planı iflasa uğradı. "Cəhənnəm" sanksiyaları nəticə vermədi. Onlar bizim dövlətimizin iqtisadiyyatını çökdürəcəklərini, Rusiyanın bank sistemini iflic edəcəyini gözləyirdilər. Bu baş vermədi, onların planı yaramadı”, - deyə o yazıb.

Vyaçeslav Volodin Vyaçeslav Volodin

Siyasətçinin sözlərinə görə, Rusiya Federasiyasının hesablarında hətta sanksiyalar altında da öz öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün vəsait var: “ABŞ-ın yaratdığı vəziyyət onlara və vətəndaşlarına zərbə vurur”, - deyə bildirib. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu əvvəllər belə qənaətə gəlib ki, anti-Rusiya sanksiyaları dollara olan inamı sarsıdır: Dolların dünya bank yerləşdirmə sistemindəki payı getdikcə azalır”, - deyə spiker vurğulayıb.

Volodin xatırladıb ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl Rusiyaya sanksiyalar səbəbindən dondurulmuş ehtiyatlardan dövlət borcunu ödəməyə qadağa qoyub. Eyni zamanda, Ağ Evin mətbuat katibi Cen Psaki: "Rusiya valyuta ehtiyatlarının tükənməsi ilə defolt arasında seçim etməlidir", - deyə bildirib.

Amma, siyasətçi: "Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilmiş, "dost olmayan ölkələrlə qazın rublla ödənilməsi" qərarı, habelə rubl ticarəti üçün malların siyahısının genişləndirilməsinin müzakirəsi ABŞ Xəzinədarlığını isterikaya gətirib çıxardı", - deyib.

"Bu gün pulunu dollarda saxlayan hər kəs daha əmin ola bilməz ki, ABŞ onun pulunu oğurlamayacaq. Bu, dolların dünyada monopoliyasına son qoyulmasının başlanğıcıdır", - deyə Volodin yekunlaşdırıb.

Qeyd edək ki, beynəlxalq iqtisadi araşdırmaçılar rusiyada rublun möhkəmlənməsini müvəqqəti "dalğa" hesab edirlər. İqtisadçılar Rusiyanı qarşıdakı aylarda daha ağır şərtlərin gözlədiyini proqnozlaşdırırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »