Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adında “R” hərfi olmayan aylarda balıq yemək olarmı...
Adında “R” hərfi olmayan aylarda balıq yemək olarmı...

Qarşıdan yay gəlir. Deyilənə görə, adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz və bu balıqlar insan sağlamlığı üçün çox təhlükəlidir. Yəni may, iyun, iyul və avqust aylarında balıq yemək olmaz. Mütəxəsislərin fikrincə, bu deyim sadəcə mifdir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, balıq hər mövsümdə, hər ayda yeyilə biləcək bir məhsuldur. “Adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz” mifi isə çox qədim dövrlərə soyuducuların olmadığı dövrə təsadüf edir.

Eyyub Hüseynov Eyyub Hüseynov

Ekspert deyir ki, balıq mağazalarda istehlakçıların görüb, toxuna bilməsi üçün açıq və buzlu olaraq soyuducularda saxlanılmalıdır.

Balığın sağlamlıq üçün riskli məhsullar qrupuna daxil olduğunu deyən ekspert bildirir ki, insanlar balıqdan tez zəhərlənə bilər. Bu səbəbdən də istehlakçılar balıqdan istifadə qaydalarına əməl etməlidirlər: “Balığın gözləri çökəyə düşübsə, pulları tökülübsə və qulağının altı tünd qırmızı deyilsə, belə balıqlar təhlükəli ola bilər və bir anda zəhərlənməyə səbəb ola bilər”.

E.Hüseynov deyir ki, duz qoyulmuş və hisə verilmiş balıqlar da təhlükə mənbəyi ola bilərlər. Bu balıq növləri ilə də istehlakçılar diqqətli olmalıdırlar.

“Balığı təsadüfi yerlərdən almamaq şərtilə il boyu yemək olar. Məsələn “Yaşıl Bazar”da olan balıq satışı şəbəkəsi mənim fikrimcə, yaxşı hesab edilə bilən şəbəkələrdən biridir. Balıq orada lazımı tempraturda və şəraitdə saxlanılır”,- deyən ekspert bildirir ki, balıq alan zaman baytarların əli çatmayan balıq almaq lazımdır. Yəni göllərdə saxlanılan balıqlardan deyil, dəniz balıqlarına üstünlük vermək lazımdır. Bunun üçün isə, balığı hər zamna tanıdığınız, etibar etdiyiniz yerlərdən almağınız tövsiyyə edilir.

Xatırladaq ki, balığın tərkibində kalsium, D vitamini, fosfor və digər sağlamlıq üçün faydalı olan maddələr var. Bu səbəbdən də hər kəsə il ərzində 18 kiloqram balıq yemək məsləhətlidir. Yəni həftədə ən azı 2-3 dəfə balıq yemək lazımdır.

Balıq elə qida məhsuludur ki, bişdikdən sonra onu saatlarla saxlamaq olmaz. Bu, zəhərlənməyə səbəb olar. Xüsusilə, isti aylarda balıq alarkən açıq bazarlardan deyil, soyuducu ilə təmin edilmiş və soyuducu şəraitində saxlanılan balıq almaq lazımdır.

Ən yaxşısı, diri balıqdır. Balıq alarkən dəniz balığı olduğuna əmin olmaq lazımdır. Çünki göllərdə süni yolla saxlanılan balıq orqanizm üçün faydalı olmamaqla yanaşı, təhlükəlidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »