Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın raket ehtiyatı tükənib, Çindən raket istəyir"
"Rusiyanın raket ehtiyatı tükənib, Çindən raket istəyir"

Ukraynaya genişmiqyaslı işğalın başlanmasından sonra Rusiya qoşunları Ukrayna ordusundan 3-4 dəfə çox texnika itirib. Buna baxmayaraq, Rusiyanın tank və ağır silah ehtiyatları hələ çoxdur. Həmçinin, Rusiyada artıq raket çatışmazlığını hiss edirlər. Bizimyol.info xəbər verir ki, bu barədə “Sky News-da hərbi analitik Maykl Klark bildirib.

Jurnalistlər Klarkdan Rusiya Federasiyasının nə qədər döyüş sursatı və ehtiyat artilleriyasının qaldığını soruşduqda qeyd edib ki, Rusiya artıq ən azı 2100 ədəd “əhəmiyyətli texnika” itirib. O, Ukraynanın oxşar itkilərini təxminən 600 vahid qiymətləndirib.

"Beləliklə, Rusiya Ukraynadan təxminən üç-dörd dəfə çox itki verib. Lakin onların, şübhəsiz ki, böyük ehtiyatları var və köhnə tanklardan qurtulmaq haqqında hər cür fikirlər var",- deyə Klark bildirib. Analitikin fikrincə, Rusiyada artıq müasir qanadlı və ballistik raketlərin çatışmazlığı müşahidə edilir.

"Onlar 1000-dən çox raket atıblar və görünür, onların ehtiyatı bitib, çünki son vaxtlar raket atmayıblar... Düşünürük ki, raketlər Rusların çinlilərdən istədikləri silahlardan biridir", - Klark bildirib.

Bir müddət əvvəl isə, Böyük Britaniyanın baş naziri Boris Conson rus dilində müraciət edərək işğalçıların Ukraynadakı vəhşiliklərindən danışıb. O, əmindir ki, Rusiya xalqı həqiqəti bilsəydi, Putin rejimini dəstəkləməzdi.

Conson həmçinin Rusiyada saytların bloklanmasından yan keçməyə və baş verənləri xarici mediadan öyrənməyə çağırıb. Yerigəlmişkən qeyd edək ki, bu günə olan məlumata görə, Rusiya müharibədə 18600-ə yaxın əsgərini itirib. Həmçinin Ukrayna əsgərləri 684 tank və 1861 AFV-ni məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat hesabatında məlumat verilib. Ukraynalılar artıq Rusiya ordusunun 285 təyyarə və helikopterini məhv ediblər. Müharibə başlayandan bu günə qədər Rusiyanın itkiləri:

  • Hərbçi - 18600 nəfər,
  • tanklar - 684,
  • zirehli döyüş maşınları - 1861,
  • artilleriya sistemləri - 332,
  • MLRS - 107,
  • hava hücumundan müdafiə sistemləri - 55,
  • təyyarə - 150,
  • helikopterlər - 135,
  • avtomobil avadanlığı - 1324,
  • gəmilər / qayıqlar - 7,
  • yanacaq və sürtkü materialları olan çənlər - 76,
  • İHA əməliyyat-taktiki səviyyəsi - 96.

Eyni zamanda Rusiya ordusunun 25 ədəd xüsusi texnikası və 4 ədəd OTRK/TRK buraxılış qurğusu da məhv edilib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »