Rusiya-Ukrayna müharibəsində bu günə qədər 167 uşaq öldürülüb, 279-dan çox uşaq yaralanıb.
Bizimyol.info Ukrayna Baş Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, bu rəqəmlər yekun deyil. Çünki hazırda işğal olunmuş ərazilərdə və döyüşlərin getdiyi yerlərdə qurbanların sayını hesablamaq mümkün deyil. Söhbət xüsusilə Mariupol şəhərindən, eləcə də Kiyev, Çerniqov və Luqansk vilayətlərinin müəyyən hissələrindən gedir. Verilən məlumata görə, Kiyevdə - 78, Donetskdə - 81, Xarkovda - 64, Çerniqovda - 49, Nikolayda - 39, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumi - 16, Jitomir - 15 uşaq öldürülüb.
Rusiyanın əsgərləri tərəfindən həla də əziyyət çəkən Ukraynalılardan bəziləri:
- Martın 25-də Xarkov vilayətində yaşayış binalarının atəşə tutulması nəticəsində 13 yaşlı qız ölüb;
- Aprelin 4-də Donetsk vilayətinin Avdiivka şəhərində iki azyaşlı uşaq yaralanıb.
- Məlumatda qeyd edilir ki, Rusiya əsgərləri uşaqları Rusiya Federasiyası ərazisinə aparmaqda davam edirlər. Belə ki, rus hərbçiləri Mariupoldakı “Regional sümük vərəm mərkəzi”ndə müalicə olunan 12 uşağı qaçırıblar.
“Ailə tipli uşaq evinin baş müəllimi 8 şagirdi, 3 öz övladı və 3 himayədar uşağı ilə birlikdə Mariupoldan zorla Saransk şəhərinə aparılıb”,- deyə prokurorluq bildirib.
Xatırladaq ki, daha əvvəl baş prokuror İrina Venediktova Rusiya hərbçilərinin qadınlara, kişilərə, uşaqlara və hətta qocalara qarşı cinsi zorakılıq törətdiyini bildirmişdi. Bu məlumat hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əldə edilir.
Ailəsi ilə birlikdə Kiyev vilayətinin Vışqorodski rayonundan Dnepr çayı üzərindən qaçdığı qayıqdan yıxılan dörd yaşlı Saşanın cəsədi tapılıb. Qayıq işğalçılar tərəfindən atəşə tutulduqdan sonra çevrilib. Uşaq soyuq axına düşəndən sonra yoxa çıxıb və körpə faciəvi şəkildə ölüb. Bu barədə onun anası Instagram səhifəsində məlumat verib.
Əvvəllər uşağın güllə yarası aldığı bildirilsə də, bu məlumat təsdiqini tapmayıb. Şərhlərdə Saşanın suda boğularaq öldüyünü bildiriblər.
Tərcümə: İlahin, Bizimyol.info