Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda Brüssel görüşü ərəfəsində "ictimai tamaşa"
İrəvanda Brüssel görüşü ərəfəsində "ictimai tamaşa"

Xəbər verdiyimiz kimi, aprelin 5-də İrəvandamitinq keçirilib.

Müxalifətin bu mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş tamaşadır. Bunda məqsəd ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır.

Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlırin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır.

Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Paşinyan ötən il dekabrın 14-də Brüssel görüşü zamanı da zərbə aldı. Buna görə də Paşinyan bugünkü görüşə xüsusi ümid bəsləməməli və bilməlidir ki, müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »