Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski 19 parlamentdə çıxış edib
Zelenski 19 parlamentdə çıxış edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya hücumları başlayandan bəri Avropa Parlamenti və 18 ölkənin parlamentlərində çıxış edib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı fevralın 24-dən alovlanan hücumları davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinə dəstək toplamaq üçün Avropa Parlamenti və 18 ölkənin parlamentlərində çıxış edib.

Martın 1-də Avropa Parlamentində ilk dəfə onlayn çıxış edən Zelesnki, daha sonra İngiltərə , Polşa, Kanada, ABŞ , Almaniya, İsveçrə, İsrail, İtaliya, Fransa, Yaponiya, İsveç, Danimarka, Norveç, Belçika, Hollandiya, Avstraliyaya müraciət etdi. Rumıniya və nəhayət İspaniya parlamenti çıxışı baş tutdu.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, Avropa Şurası, G7, NATO və Doha Forumunda çıxış edən Zelenski Qremmi Mükafatları üçün təşkil edilən mərasimə videomüraciət də göndərib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »