Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çexiyadan Ukraynaya silah dəstəyi
Çexiyadan Ukraynaya silah dəstəyi

Rusiyanın Ukraynaya hücumları davam edərkən, bir ölkə ilk dəfədir ki, Ukraynaya tank dəstəyi verməyə qərar verir. Belə ki, Çexiya ordu inventarında olan çoxlu sayda istifadə olunmamış “T-72” tipli tank və “BVP-1” tipli zirehli texnikanı Ukraynaya göndərmək qərarına gəlib.

Bizimyol.info xəbr verir ki, Çexiyanın Müdafiə naziri Jana Cernochova qatarla göndəriləcək tanklar və zirehli maşınlarla bağlı sosial mediada açıqlama verib.

“Maraq insana xasdır və mən Ukraynaya nə təmin etdiyimizi bilmək istəyənləri anlayıram. Bağışlayın, sizə daha çox şey deyə bilmərəm. Orada müharibə qızışır və biz “Z” etiketli qatillərin işlərini asanlaşdırmayacağıq.

İnanın, biz ukraynalı dostlarımıza ilkin hərbi ləvazimatları göndəririk. Və biz bunu davam etdirəcəyik”.

Deputat Ondrej Benesik də məsələ ilə bağlı açıqlama verib. Həmin açıqlamada bildirilir:

“Biz Çexiya BVP və T-72 tanklarının tədarükü haqqında öyrəndik. Müdafiə naziri Jana Cernochova böyük tərifə layiqdir. Döyüşü çətin olan Ukrayna ordusunun həqiqətən ehtiyacı olan budur. İnanıram ki, biz bu tədarükləri davam etdirə bilərik”.

Xatırladaq ki, Çexiya indiyədək Ukraynaya 30 000 tapança, 7 000 tüfəng, 3 000 pulemyot, 100-ə yaxın snayper tüfəngi, bir milyona yaxın patron və 4,6 152 millimetr artilleriya mərmisi göndərib. Çexiya indiyədək Ukraynaya təxminən 60 milyon avro dəyərində ağır silahlar verib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »