Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ 19 Rusiya diplomatını “arzuolunmaz” elan edib
Aİ 19 Rusiya diplomatını “arzuolunmaz” elan edib

Avropa İttifaqı (Aİ) 19 rusiyalı diplomatı "diplomatik statuslarına zidd hərəkət etdiklərini əsas gətirərək “istənməyən” elan edib.

Bizimyol.info xəbər verir ki, Ukraynanın Buça şəhərində mülki ölümlərin ortaya çıxmasından sonra Avropa İttifaqı (Aİ) 19 rusiyalı diplomatı "diplomatik statuslarına zidd hərəkət etdikləri" səbəbi ilə “istənməyən” elan edib və rus diplomatların Belçikanı tərk etmələrini istəyib.

Məsələ ilə bağlı Aİ-nin bəyanatında deyilir ki, “Ali Nümayəndə Josep Borrell-in qərarına əsasən, Rusiyanın Brüsseldəki Aİ-dəki Daimi Nümayəndəliyinin 19 üzvü diplomatik statuslarına zidd fəaliyyət göstərdiklərinə görə “istənməyən” elan edilib”.

Aİ-nin rusiyalı diplomatlarla bağlı qərarının Rusiyanın nəzarətində olan Ukrayna şəhərlərində mülki şəxslərin ölümlərinə cavab olaraq qəbul edildiyi bildirilib və mülki şəxslərin ölümləri vəhşilik kimi qiymətləndirilib.

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell verdiyi açıqlamada, Rusiya Silahlı Qüvvələrinin Buça və Ukraynanın digər Rusiya tərəfindən işğal olunmuş ərazilərində törətdiyi vəhşiliklərdən sonra Rusiyaya qarşı daha çox sanksiya tətbiq edilməsi üçün Şuranın təsdiqinə təkliflər təqdim etdiklərini bildirib. O bildirib ki, bəzi malların, o cümlədən yanacağın ixracına qadağalar artır, dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirən malların idxalına qadağa qoyulur və bəzi yanacaq növlərinin, xüsusən də kömürün idxalına qadağa qoyulur.

Rusiya gəmilərinin AB limanlarına girməsinə qadağa qoyduqlarını ifadə edən Borrell, siyasət, iş dünyası, təbliğat fəaliyyətləri, maliyyə, hərbi sənaye və nəqliyyat sektorlarını hədəf alan mövcud sanksiya siyahılarının genişləndirildiyini də bildirib.

Borrell Rusiyanın 4 mühüm bankının SWIFT sistemindən çıxarılacağını və bu bankların da Aİ-də hər hansı maliyyə əməliyyatında iştirakının qadağan ediləcəyini bildirib.

Rusiya xalqını hədəf almadıqlarını vurğulayan Borrell, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsini dəstəkləyən siyasətçiləri və oliqarxları hədəf aldıqlarını vurğulayıb.

Borrell, “Rusiyanın Aİ və üzv dövlətlərimizin maraqlarına və təhlükəsizliyinə qarşı qeyri-qanuni və dağıdıcı hərəkətləri, o cümlədən 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasını pozması cavabsız qalmır. Məhz buna görə də bu gün mən Rusiyanın Aİ-dəki daimi nümayəndəliyinin bir sıra məmurlarını diplomatik statuslarına zidd fəaliyyət göstərdiklərinə görə “istənməyən” kimi təyin etmək qərarına gəldim”,-deyə çıxışına əlavə edib..

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumlarından sonra indiyə qədər İspaniya, Almaniya, Fransa, İtaliya, Danimarka, Hollandiya, İsveç və Belçikadan rus diplomatlarını ölkədən çıxarmağa qərar verib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »