Ukrayna hərbçiləri Xerson vilayətinin 3 kəndini işğalçılardan geri alıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 6-da saat 6:00-a olan operativ məlumatında bildirilir.
Qeyd olunur ki, Cənub Buz istiqamətində düşmən tərəfindən döyüş qabiliyyətinin bərpası və mühəndis-texniki mövqelərə uyğun tədbirlər görülür. Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində dinc əhaliyə qarşı terror davam etdirir.
Ukrayna Silahlı Qüvvələrinin hücum hərəkətləri nəticəsində düşmən Dobryanka, Novovoznesenske və Trudolyubivka yaşayış məntəqələri üzərində nəzarəti itirib. Aleksandrovka qəsəbəsi ərazisində döyüşlər davam edir.
Bundan əvvəl işğal olunmuş Xersonda dərman, ərzaq və yanacağın tükəndiyi bildirilirdi. Vilayətin mülki əhalisi işğalçıların təzyiqləri ilə üzləşir. Onlar dinc aksiyalarını qəddarlıqla dağıdmaqla yanaşı, həm də reydlər keçirir, hara gəldi atəş açaraq insanları qorxutmağa çalışırlar.
Dünən eyni zamanda Vilayət sədrinin müşaviri Aleksey Arestoviç bəyan etdi ki, Rusiya Federasiyası qoşunları Xersonu təhvil verməyə hazırlaşır: "Onlar Nikolayev bölgəsində artıq görünmürlər. Düşmən geri çəkilməyə məcbur qalıb", - deyə qeyd edib.
Qeyd edək ki, ABŞ rəsmiləri Rusiyanın geri çəkilmək səbəblərini açıqlamışdı. Bildirilirdi ki, Rusiya qoşunları Ukraynanın şimalından Donbasa yenidən yerləşdirilir. Yəqin ki, işğalçılar ora on minlərlə əsgərdən ibarət əlavə batalyon taktiki qrupları yerləşdirəcəklər.
ABŞ proqnozlaşdırır ki, Rusiya əvvəlki hərbi uğursuzluqları “örtmək” üçün Luqansk və Donetsk vilayətlərinin daha geniş ərazilərini işğal etməyə çalışacaq. "Rusiyanın hərəkətləri Ukraynada müharibənin tezliklə bitməyəcəyini göstərir",- deyə rəsmilər qeyd etmişdilər.
Qadir, Bizimyol.info