Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lüks brenddən Rusiya müştərilərinə məhdudiyyət
Lüks brenddən Rusiya müştərilərinə məhdudiyyət

Rusiyanın Ukraynanı işğal etməsinə reaksiyalar səngimir.

Bizimyol.info xəbər verir ki, müharibə başlayandan qısa müddət sonra Rusiyada fəaliyyətini dayandıran Fransanın lüks istehlakçı brendi Chanel Rusiya vətəndaşlarına qarşı yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

ABŞ-da yerləşən Bloomberg media qrumunun verdiyi xəbərə görə, Chanelin başqa ölkələrdən alış-veriş edən Rusiya vətəndaşlarına satmazdan əvvəl “Rusiyada bundan istifadə edəcəksinizmi?” deyə sorğu etdiyi ortaya çıxıb. Bildirilir ki, Chanel 300 avrodan yuxarı lüks məhsullara bu formada sanksiyanı tətbiq edib və Avropa Birliyi Rusiyada öz məhsullarından istifadə edəcək Rusiya vətəndaşlarına dəbdəbəli malların satışını əngəlləyib.

Chanel adından açıqlama verən səlahiyyətli şəxs açıqlaması zamanı bildirib ki, bununla yeni bir prosesə başlayıblar.

“Harada yaşadıqlarını bilmədiyimiz müştərilərdən Rusiyada bu məhsullardan istifadə edib-etməyəcəyini soruşuruq. Bu, bəzi müştərilərimizi məyus edib“, -deyə bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi də Twitter hesablarında açıqlama verib. Onlar Chanel-i tənqid edib.

Xatırladaq ki, bu brend martın 4-dən etibarən Rusiyadakı mağazalarını bağlayıb və elektron satış platformasını da dayandırıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »