Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə siyasi böhran gözlənilir - İdit Silman koalisiyanı tərk edib
İsraildə siyasi böhran gözlənilir - İdit Silman koalisiyanı tərk edib

İdit Silman (Yamina) aprelin 6-da səhər saatlarında rəhbəri olduğu koalisiyadan getdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

Bildirilir ki, Silman Naftali Bennett və ya Yair Lapidə öz qərarı barədə əvvəlcədən heç bir xəbərdarlıq etməyib. Onun getməsindən sonra hazırkı hökuməti formalaşdıran koalisiynın Knessetdəki çoxluğu itirdiyi qeyd edilir.

Siyasi mənbələr koalisiya rəhbəri İ.Silmanın “Likud”la sövdələşmə apardığını bildirir.

Silman və Yamin partiyasının digər üzvü Amihai Şikli koalisiyanın qərarlarının əleyhinə səs verə bilər ki, bu da istər-istəməz hökumətin dağılmasına və yeni seçkilərə səbəb olacaq.

İsrail mətbuatı İdit Silmanın koalisiyadan çıxması ilə bağlı bəyanatını dərc edib.

Bəyanatda deyilir: “Mən artıq hökumətin hərəkətlərinə dözə bilmirəm. Mən birliyi qorumağa cəhd etdim. Hümanist icma aləmindən çıxmış bir insan kimi koalisiya üçün çox çalışdım. Amma İsrail dövlətinin və yəhudi xalqının yəhudi kimliyinə vurulan zərbəni dəstəkləyə bilmirəm. Mənə "sən hər şeyi bilmirsən", - dedilər. Sakitcə çalışdım, amma dəyərlərimə və gəldiyim yerə görə artıq bu yolu gedə bilmirəm. Mən koalisiyaya üzvlüyə son qoyacağam, dostlarımı olduğumuz yerə, öz evimizə dönməyə və sağ hökumət qurmağı davam etməkdə birgə olmağa dəvət edirəm. Bilirəm ki, bu cür hiss edən tək mən deyiləm. Mövcud Knesset daxilində yeni hökumət qurmaq mümkündür”.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »