Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan ABŞ dövlət katibi ilə Brüsseldə gözlənilən görüşü müzakirə edib
Paşinyan ABŞ dövlət katibi ilə Brüsseldə gözlənilən görüşü müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir və ABŞ dövlət katibi telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər Cənubi Qafqazda baş verən proseslərə toxunublar və regional sabitliyin, sülhün təmin edilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin beynəlxalq platformalarda əməkdaşlıq məsələləri, eləcə də Ukraynadakı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişelin birgə görüşü keçiriləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »