Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hərbçiləri Ukraynaya məxsus iki "Mi-8" helikopterini vurub

Rusiya hərbçiləri dənizdən Mariupola keçməyə çalışan Ukraynaya məxsus iki Mi-8 helikopterini vurub.

APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Konaşenkov xatırladıb ki, Rusiya Kiyevə hərbçilər üçün könüllü olaraq silahı yerə qoymağı təklif edib, lakin təklifə məhəl qoyulmayıb.

Rusiya MN rəsmisi bildirib ki, gün ərzində raket qoşunları və Hava kosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 33 hərbi obyektini vurub.

O, bu gün Ukraynanın 5 pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »