Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist Elman Rəfiyev: "Uşaqlarınıza kitabı sevdirin və özünüz ilk nümunə olun"
Əməkdar artist Elman Rəfiyev: "Uşaqlarınıza kitabı sevdirin və özünüz ilk nümunə olun"

Ölkəmizdə 2-3 aprel tarixində 1-ci Uşaq Kitab Festivalı baş tutub. Festival, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil edilib. "Birinci Uşaq Kitab Festivalı"nın layihə rəhbəri və "Ağıllı bala" nəşriyyatının direktoru Fatimə Alxaz olub. Tədbirə Azərbaycan Respublikasının əməkdar artisti Elman Rəfiyev də dəvət edilib.

Əməkdar artist Elman Rəfiyev: "Uşaqlarınıza kitabı sevdirin və özünüz ilk nümunə olun"

“Kitab sərgisində valideynlərin övladlarıyla birgə xüsusi maraqla iştirak etməsi məni çox sevindirdi. Uşaqlar kitabla, rəsmlə, heykəltəraşlıqla maraqlanır və onlarla yaxından tanış olmaq fürsəti qazanırdılar. Bu, çox sevindirici bir hal idi. Uşaqlar seçdiyi kitabların yazıçılarıyla tanış olur və onlardan imzalı kitab alaraq şəkil də çəkdirirdilər. Hər bir valideyn öz uşağını oraya gətirməklə, xatirəsinə gözəl anlar yazmasına dəstək olurdu" - deyə əməkdar artist Elman Rəfiyev xoş təəssüratlarını Bizimyol.info xəbər portalı ilə bölüşdü.

Elman Rəfiyevin sözlərinə görə, valideynlərin uşaqlara kitab sevgisini aşılaması təqdirəlayiq bir haldır.

“Mənim orada 30 dəqiqəlik görüşüm olmalı idi. Uşaqlar o qədər əyləndilər ki, ora toplaşan insanların aktivliyi vaxtın necə keçdiyini hiss etdirmədi. Görüşümüz 1 saata yaxın davam etdi. Uşaqlarla nitq mədəniyyətindən, kitablardan, teatrdan, pantomim janrından danışdıq. Onlar ürək sözlərini dedilər, şeir söylədilər. Uşaqlarla yarış da keçirdim. Gözəl şeir ifa edənə səsləndirdiyim cizgi film diskini imzamla hədiyyə edəcəyəm dedim. Sonda qalibə söz verdiyim kimi imzalı diskimi hədiyyə etdim. Uşaqların hamısı canfəşanlıq göstərirdi. Fəalı seçmək çox çətin idi. Lakin yarışmalarda bir seçim olmalıdır ki, digər uşaqlar da hədiyyə qazanmaq üçün daha da aktiv olsunlar. Hətta valideynlər arasında da yarışmaya qatılanlar oldu. Onlara da öz ifamda 64 şeirdən ibarət CD hədiyyə etdim. Valideynlərin də uşaqlarıyla birlikdə iştirakı onun övladı üçün örnək təşkil edirdi. Çünki uşaq gördüyünü götürür”.

Əməkdar artist Elman Rəfiyev: "Uşaqlarınıza kitabı sevdirin və özünüz ilk nümunə olun"

Əməkdar artist Elman Rəfiyev qeyd edib ki, tədbirdən sonra uşaqlarla və validyenlərlə xatirə şəkillər çəkdirib. Şeir demək istəyən uşaqların ifasında şeirlər dinlənilib.

Əməkdar artist Elman Rəfiyev: "Uşaqlarınıza kitabı sevdirin və özünüz ilk nümunə olun"

“Uşaqlara pantomim hərəkətləri öyrətdim, kitabdan və nitqdən danışdım. Çox gözəl və xoş təəssüratlarla ayrıldım ordan. Tədbirdən sonra bir valideyn mənə yaxınlaşdı. Dediyi söz məni çox qürurlandırdı:

"Övladım sıxlıq olduğu üçün sizə yaxınlaşa bilmədi. Bu, onun üçün sonra narahatlıq ola bilər. İcazə verin, sizin üçün şəxsən öyrəndiyi şeiri söyləsin".

Mən həmin uşağı da dinlədim, şeirini səsləndirib bitirdikdən sonra alqışladım. Bir valideynin uşağının bu düşüncələrini nəzərə almasını dəstəkləyirəm.

Başqa bir bir uşaq isə, öz yazdığı nağılı danışdı. Valideynlərə müraciət etdim ki, uşaqlarınıza kitabı sevdirin və özünüz ilk nümunə olun. Kitab festivalı izdihamla davam etdiyi üçün ümid edirəm ki, bu belə də olacaq.

Hər tədbirdə uşaqlarla səmimi qurduğum münasibət özümü onlarla eyni yaşda hiss etdirir. Buna görə də uşaqlar məni çox sevirlər” - deyə Elman Rəfiyev əlavə edib.

Əməkdar artist Elman Rəfiyev: "Uşaqlarınıza kitabı sevdirin və özünüz ilk nümunə olun"

Sonda əməkdar artist, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinə və Birinci Uşaq Kitab Festivalının layihə rəhbəri Fatimə Alxaz Yusifovaya minnətdarlığını bildirib, festivalda əməyi keçən hər kəsə təşəkkür edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »