Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ATƏT-in Minsk qrupu çoxdan ölüb"
"ATƏT-in Minsk qrupu çoxdan ölüb"

Ermənistan mütəmadi olaraq, Azərbaycanın təklif etdiyi sülh sazişindən müxtəlif yollarla yayınmağa çalışır. Hər zaman danışıqlara pozitiv reaksiya sərgiləsə də, gah Zəngəzur dəhlizinin dəhliz deyil, yol statusunda olması, gah proseslərə ATƏT-in Minsk qrupunu cəlb etmək kimi absurd və gülünc təklif və dəyişiklikləri ilə bir daha öz işğalçı siyasətini hələ də davam etdirdiyini sübut edir. 27 il Azərbaycanın yarasına dərman olmayan, prosesləri sadəcə olaraq, Ermənistanın xeyrinə ləngidən ATƏT-in Minsk qrupunun proseslərə yenidən cəlb edilməsi təklifi isə, işğalçı dövlətin sülhü qəbul etmək istəməməsinin nümunəsidir.

“ATƏT-in Minsk qrupu Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edirsə, o da proseslərə qoşula bilər. Amma ATƏT-in Minsk qrupu çoxdan ölüb. Biz onun duasını oxuyub, halvasını da yemişik”,- Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz danışıb. O, qeyd edib ki, 28 il problemi həll etmək istəməyən və beynəlxalq hüquqa rəğmən problemi görməzdən gələn, Ermənistanın işğalçı siyasətinə qarşı gözyuman ATƏT-in Minsk qrupu bu gün Ukrayna üçün dünyanı ayağa qaldırır:

Yücel Karauz Yücel Karauz

“Bu, ədalətsiz dünyadır. ATƏT-in Minsk qrupunun 3 rəhbəri var. Üçü də Qafqazda münaqişə mühitinin, konfliktin olması və Ermənistanı idarəetmə marağı və arzusundadır. Bu vəziyyət ondan qaynaqlanır. Onlar adil deyil. Əgər ədalətlidirsə, Azərbaycanın haqlı tələblərini yerinə yetirə biləcəklərsə, buyurub gəlsinlər. Amma nəticədə bu qrup 28 il müddətində işğala səs çıxarmadı. Buna görə də ATƏT-in Minsk qrupu bitib”.

Siyasi şərhçi bildirir ki, Ermənistan danışıqlara, dövlətin içinə sağdan-soldan kimisə inteqrasiya etməyə çalışmaq əvəzinə ağlını başına toplayıb “Azərbaycan səninlə başbaşa görüşək, üçüncü ölkəyə də - nə Rusiya, nə Türkiyəyə ehtiyac yoxdur. Gəl, problemlərimizi Azərbaycanın ərazi bütünlüyünü qorumaq şərti ilə həll edək. Sülh olsun, sabitlik olsun. Birlikdə rahat, firavan olaq” deməlidir. Bəs Ermənistan nə edir? Proseslərə kənar dövlətləri cəlb etməyə çalışır. ATƏT-in Minsk qrupundakı Ermənistanın “qardaşlarını” proseslərə, problemin həllində rol oynamağa çağırır:

“ATƏT-in təkcə Minsk qrupu deyil, ümumiyyətlə təsis etdiyi heç bir qrupundan Avropa və ya dünyanın müxtəlif yerləri ilə əlaqəli bir fayda görülməyib, bundan sonra da görülməyəcək”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »