Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusu itləri və inəkləri də öldürür
Rusiya ordusu itləri və inəkləri də öldürür

Çerniqov vilayətində rus işğalçılarından azad edilən kəndlərin birində ev heyvanlarının cəsədi tapılıb. Rusiya qoşunları itləri və inəkləri öldürüblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb. Xilasedicilər ölü heyvanların fotolarını da dərc ediblər.

“Çerniqov vilayəti, bizim bədbəxt torpağımız... Hər zirzəmidə, hər küncdə mərmi... Ev itləri və heç kimi təhdid etməyən inəklər”, - Fövqəladə Hallar Dövlət Xidmətinin yaydığı bəyanatda deyilir. Xilasedicilər qeyd edirlər ki, Rusiyanın qanlı işğalından qəzəblənən ukraynalılardan fərqli olaraq, heyvanlar “Ukraynamıza gələn bu canlılara” nifrət hiss etmirdilər. Onlar bu inəkləri və itləri də məhv edib. Bu, Rusiya orudusudur - qadınları, uşaqları, heyvanları öldürür. Alçaqcasına arxadan vurur, sonra qənimətlə qaçır, hətta öz ölən yoldaşlarını da qoyub qaçırlar” - deyə Fövqəladə Hallar Xidmətinin müraciətində qeyd edilib.

Xatırladaq ki, Kiyevskayanın Demidov kəndində rus işğalçılarının hücumundan sonra “XII ay” şəxsi zooparkında heyvanların bir hissəsi tələf olub. Xarkov yaxınlığında işğalçılar xalq deputatı Oleksandr Feldmanın ekoparkının qapalı hissələrini və infrastrukturunu dağıdıblar. İndi sağ qalan heyvanlar eftanaziya edilə bilər.

Eyni zamanda işğal zamanı Kiyev vilayətinin Borodyanka şəhərindəki heyvan sığınacağında 485 itdən 300-dən çoxu ölüb. Qostomeldə isə at tövləsi yandırılıb.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »