Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Boksçu Yuri Vorona Rusiya işğalçıları ilə döyüşlərdə həlak olub"
"Boksçu Yuri Vorona Rusiya işğalçıları ilə döyüşlərdə həlak olub"

Çerniqov yaxınlığında ukraynalı boksçunun cəsədi tapılıb. O, müharibənin ilk günlərində işğalçılarla vuruşub. Bizimyol.info xəbər verir ki, Ukraynalı boksçu Yuri Vorona rus işğalçıları ilə döyüşdə həlak olub. Müharibə başlayandan sonra vətəni Çerniqov vilayətini işğalçılardan qoruyan 25 yaşlı idmançının Lukaşevka kəndi yaxınlığında həlak olub.

Qeyd edək ki, Ukrayna Boks Federasiyası öz Facebook səhifəsində Voronanın ölümü ilə bağlı məlumat yayıb. "Bütün boksçu ailəsi üçün daha bir kədərli xəbər. Çerniqovlu boksçu Yuri Vorona rus işğalçıları ilə döyüşlərdə həlak olub", - mesajda deyilir. Boksçunun ölümü Çerniqov Federasiyasında təsdiqlənib və qeyd edilib ki, 25 yaşlı Yuri müharibənin lap əvvəlində həlak olub və bütün bu həftələrdə Çerniqov vilayəti qismən işğal edilərkən o, itkin düşmüş hesab edilirdi. Lakin ərazi azad edildikdən sonra meyiti tapılıb.

"Yura Vorona bizim dostumuz, boksçumuz və qardaşımızdır. Üçqat region çempionu, beynəlxalq və ümumukrayna yarışlarının qalibi idi. O, Rusiya ilə müharibənin lap əvvəlində dünyasını dəyişib. Lukaşevka yaxınlığında. Yalnız bu gün tapılıb. Yura, hər zaman qəlbimizdəsən. 25 yaş. Həyat təzəcə başlayırdı...”, - deyə federasiya nümayəndələri bildiriblər.

Qeyd edək ki, Vorona rus işğalçılarının qurbanı olan ilk boksçu deyil. Bundan əvvəl İrpendə Ukrayna millisinin keçmiş boksçusu və uşaq məşqçisi, Aleksey Djunkovski başından güllə ilə vurularaq öldürülmüşdü.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »