Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Buça soyqırımını törədənlərdən İsrail kəşfiyyatı kimi qisas alacaq
Ukrayna Buça soyqırımını törədənlərdən İsrail kəşfiyyatı kimi qisas alacaq

Buça qırğını dünya mediasının əsas mövzularından birinə çevrilib. Rusiya ordusunun törətdiyi cinayət əksər ölkələrdə bağışlanmaz cinayət kimi qiymətləndirilir.

Ukrayna Prezidenti Vladimir Zelenski Buçada gördüyü mənzərədən qəzəbini boğa bilməyib. Dövlət başçısı jurnalistlərlə söhbətinin ilk dəqiqələrində İsrailin kəşfiyyat xidməti kimi qisas alacaqlarını gizlətməyib.

Bizimyol.info xəbər verir ki, Zelenski “Mossad” nümunəsindən danışıb. Ukrayna Prezidenti Buçada öldürülən dinc sakinlərin qanının yerdə qalmayacağını deyib.

“Mən buna bənzər ifadəni dünən də dilə gətirmişdim. Ola bilər ki, indki qədər açıq yox. Siyahı haırlayırıq”.

Zelenski bundan sonra jurnalistlərə beynəlxalq hüquqa hörmət etdiklərini də bildirib. Kiyev Avropa İttifaqı ilə birlikdə Rusiyanın hərbi cinayətlərinin araşdırmaq üçün komissiya yaratmağa hazırlaşdıqlarını açıqlayıb.

“Müxtəlif dövlətlərin prokurorları bu cinayətlərlə məşğul olacaq. Prezident ofisi mənə hər gün bununla bağlı hesabat təqdim edəcək. Mən cəzalanmanın 20-30 il sürməsini istəməzdim”.

Zelenski son ifadə ilə qisasın çox vacibliyinə diqqət çəkib. Dövlət başçısı beynəlxalq hüququn zaman itirmədən fəaliyyətə keçməsini istəyir. Yoxsa İsrail kəşfiyyatının təcrübəsindən istifadə etmək lazım gələcək.

Bəs “Mossad” necə davranmışdı? İsrail kəşfiyyatı 1972-ci il Münhen Olimpiadasında terror aktı həyata keçirmiş şəxsləri bir-bir taparaq cəzalandırmaq qərarına gəlmişdi. Onda təkcə İsrail olimpiya yığma komandasının 11 üzvü həyatını itirmişdi. Baş Nazir Qolda Meir qəzəbindəın özünə yer tapmırdı. O, “Mossad”ın hamının cavabını verəcəyini deyirdi.

İsrail kəşfiyyatı müəyyən mənada istəyinə çatdı. Hər halda, “Tanrının qəzəbi” əməliyyatının baş tutduğunu demək olar. Terrorçuların əksəri öldürüldü. Aktın ideoloqu Əbu Daudun öldürülməməsi İsraildə indi də təəssüflə qarşılanır. Həmin şəxs 2010-cu ildə Suriyada 73 yaşında vəfat etmişdi. Amma “Tanrının qəzəbi” əməliyyatı tarixi nümunəyə çevrildi. Beynəlxalq hüquq uzun müddət səssiz qalanda fərdi qisas mexanizmi işə düşür. Zelenski qisasın qiyamətə qalmasını istəmir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »