Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Aktiv faza aprelin ortasında başa çatacaq, sonra partizan müharibəsi başlayacaq"
"Aktiv faza aprelin ortasında başa çatacaq, sonra partizan müharibəsi başlayacaq"

Prezident Aparatı rəhbərinin müşaviri Oleksiy Arestoviç Rusiyanın Ukraynaya qarşı müharibəsinin aktiv fazasının aprelin ortalarında başa çatacağını proqnozlaşdırır.

Bizimyol.info UNİANA istinadən xəbər verir ki, o, bu barədə "Rada" telekanalına masahibəsi zamanı bildirib.

Aparatı rəhbərinin müşaviri qeyd edib ki, aktiv faza aprelin ortalarında başa çatacaq. Onda Rusiya ordusunun qarşısında iki seçim olacaq - sülh müqaviləsi, ya da orada dayanacaqlar və partizan müharibəsi başlayacaq. Biz sülh müqaviləsini diktə edəcəyik.

Aleksey Arestoviç Aleksey Arestoviç

Arestoviç əlavə edib ki, biz ölkəsinin ərazisində partizam müharibəsinin olmasını istəmirik: "Bu, dağıdıdıcı hərakatdır. Lakin partizan müharibəsi başlayarsa, onlar sülh razılaşmasına razılıq verməsələr, biz onların hamısını sona qədər öldürəcəyik. Amma bizdən də çoxlu ölənlər olacaq. Çünki müharibə bizim ərazilərimizdə gedir. Ölən mülki şəxslər də bizim vətəndaşlarımızdır. Ona görə də bizim seçimimiz: nəyin bahasına olursa, olsun, tam qələbə qazanmaq, ya da sülh müqaviləsi. İndi bunu demək çətindir, necə olacaq və hansını seçmək məcburiyyətində qala bilərik. Bunu zaman göstərəcək. Onu detə bilərəm ki, sonda biz qalib olacağıq", - deyə Arestoviç qeyd edib.

Fevralın 24-də səhər tezdən rus qoşunları Ukrayna dövlətinin ərazisinə soxulub.

Əvvəlcə düşmən hərbi obyektlərə bombalar atdı, sonra isə Ukraynanın müxtəlif yerlərində yerləşən dinc şəhərlərə, o cümlədən Kiyev, Xarkov, Odessa, Xerson, Çerniqov və Mariupola hücum etdi.

Bir sıra Qərb ölkələri Rusiyanı Ukraynaya qarşı genişmiqyaslı təcavüzə görə cəzalandırıb - yeni sanksiyalar tətbiq edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »