Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bennet Buça şəhərində onlara reaksiya verməyib
Bennet Buça şəhərində onlara reaksiya verməyib

İsrailin baş naziri Naftali Bennet Ukraynanın Buça şəhərində onlara, dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı baş verənlərə hələlik reaksiya verməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

Mətbuat qeyd edir ki, baş nazirdən fərqli olaraq İsrailin xarici işlər naziri Yair Lapid bazar günü, aprelin 3-də: “Rusiya ordusunun geri çəkilməsindən sonra Kiyev yaxınlığındakı Buça şəhərindən gələn dəhşətli şəkillər qarşısında biganə qalmaq mümkün deyil”, - deyə mövqe bildirib.

"Mülki insanlara qəsdən zərər vurmaq müharibə cinayətidir. Mən dinc sakinlərə qarşı həyata keçirilmiş bu cinatəti qətiyyətlə pisləyirəm", - deyə Lapid qeyd edib.

İsrailin müdafiə naziri Benni Qantz da Rusiya odusunun hərəkətlərini qınayanlarla həmrəy olduğunu bildirib: "Mən bu cür qətli pisləyirəm, bu, həqiqətən də müharibə cinayətidir. Hətta müharibədə belə, döyüşdə əxlaq deyilən dəyərlərə mütləq əməl etməliyik. Bu qədər qəddar hərəkətlərə yol vermək və bunu görərək susmaq olmaz. ".

“The Jerusalem Post” yazır ki, İsrail dövlət rəhbərlərinin Ukraynada baş verənlərlə bağlı “daha ​​az aktiv mövqe” tutmasının üç səbəbini qeyd edilə bilər.

Onlardan biri baş nazir Bennettin Putinlə Zelenski arasında vasitəçilik cəhdidir. Lakin mətbuatın yazdığına görə, Bennet ölkədəki terror dalğası fonunda bunu gerçəkləşdirə bilmir.

İkinci səbəb, Suriyadakı İran hədəflərini vurmazdan əvvəl İsrailin Rusiya ilə koordinasiyası ola bilər.

Üçüncü əsas səbəb Ukrayna və Rusiyadakı böyük yəhudi icmaları ilə açıq ünsiyyət kanalını saxlamaqdır.

Amma heç bir səbəb bir xalqın soyqırıma məruz qaldığını görüb susmağa bəraət qazandıra bilməz.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »