Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanışını qəsdən öldürən şəxs tutulub
Tanışını qəsdən öldürən şəxs tutulub

Mübahisə zamanı tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bizimyol.info xəbər verir ki, Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, aprelin 4-ü saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Son xəbərlər
Bütün xəbərlər »