Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın qadın snayper qəhrəmanı: “Bunlar insanlar deyil”
Ukraynanın qadın snayper qəhrəmanı: “Bunlar insanlar deyil”

Rusiyanın Ukraynaya təcavüzünün 41-ci günündə “kömür” ləqəbli qadın snayper Ukraynada gündəm olub. Müharibənin əvvəlindən cəbhədə vuruşan və əsl kimliyi müəyyənləşməyən qadın milli qəhrəmana çevrilib.

Bizimyol.info xəbər verir ki, bütün dünyanın danışdığı snayper qadın ilk dəfə ortaya çıxıb.

Məlum olub ki, “kömür” ləqəbli qadın 2017-ci ildə Ukrayna donanmasına qoşulub və ölkənin şərqində Donetsk və Luqanskda rusiyayönlü separatçılara qarşı döyüşüb. Onun əsl şəxsiyyəti məlum olmasa da, o, Ukraynanın Rusiya qüvvələrinə qarşı cəsur müqavimətinin simvoluna çevrilib.

Britaniyanın “The Times” qəzeti danışan snayperçi qadın cəbhə xəttində döyüşdüyünü və Rusiya əsgərləri barədə olan düşüncələrini bildirib.

"Bunlar insanlar deyil, hətta faşistlər də onlar qədər rəzil deyillər. Biz onları məğlub etməliyik”,- deyə o bildirib.

“Kömür” Rusiya işğalçıları ilə “sona qədər” mübarizə aparacağına söz verdiyini dilə gətirib.

Qeyd edək ki, “Kömür” əfsanəvi ukraynalı snayperçi Lyudmila Pavliçenkoya bənzədilir. O, İkinci Dünya Müharibəsində 309 nasisti qətlə yetirən əfsanəvi ukraynalı snayper Lyudmila Pavliçenko ilə müqayisə edilir .

Xatırladaq ki, Pavliçenko bu günə qədər ən uğurlu qadın snayper hesab olunur. O, göstərdiyi şücaətə görə ölkəsinin ən yüksək mükafatı olan Sovet İttifaqı Qəhrəmanı adını almış, markalarda Ukrayna əfsanəsi kimi portreti çap olunmuş, 2015-ci ildə onun haqqında bədii film çəkilmişdi.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »