Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Buçadan gələn görüntülər beynəlxalq ictimaiyyəti şoka saldı.
Bizimyol.info xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə və bir çox ölkələrin Moskva ilə Kiyev arasında vasitəçilik etməyə davam etdiyi bir vaxtda Ukrayna prezidenti Zelenski narahatlıq yaradan açıqlamalar verib.
Keçən həftə İstanbulda keçirilən sülh danışıqlarından sonra Rusiyanın Kiyev və Çerniqov bölgəsindəki hücumları bir az da olsa azaltmaq istiqamətində atdığı addımdan sonra Buça və İrpin bölgələrində meyitlərin küçələrə səpilməsi Türkiyədə iki ölkə arasında əsən sülh küləklərini aradan qaldırdı.
Buçaya gedərək araşdırmalar aparan Ukrayna lideri Zelenski son vaxtlar gündəmdə olan Putinlə görüş iddialarından danışıb.
“Rusiya ilə danışıqlar ölkəmiz üçün yeganə variantdır, lakin bu danışıqlarda da çətinliklər var. Mənimlə Rusiya prezidenti Vladimir Putin arasında hər hansı görüş ehtimalı yoxdur”,- deyə Zelenski açqlamasnda bildirib.
Leyla, Bizimyol.info