Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Peyğəmbərimiz vətəni sevməyi, torpaqları qorumağı imanla əlaqələndirib"
"Peyğəmbərimiz vətəni sevməyi, torpaqları qorumağı imanla əlaqələndirib"

30 illik Ermənistan-Azərbaycan müharibəsi, minlərlə şəhid... “20 Yanvar” faciəsi, “ Quşçular- Malıbəyli” soyqırımı, “Qaradağlı” soyqırımı, hələ də dünyanın əksər ölkələrinin göz yumduğu “Xocalı soyqırımı” minlərlə mülki vətəndaşın işgəncə ilə öldürülməsi. Qız -gəlinlərin təcavüzə uğraması, hamilə qadınların qarnından körpələrinin çıxarılması. Dağıdılmış evlər, yaşayış məntəqələri, tövləyə çevrilmiş məscidlər, pirlər, dağıdılmış məzarlıqlar, tarixi abidələrin məhvi... Bütün bu sadaladıqlarım təcavüzkar erməni xalqının Azərbaycan xalqına tutduğu divanın nəticəsidir.

Azərbaycan xalqı uzun illər sakit, güzəştə gedən bir xalq olub. Hər zaman müharibəyə deyil, sülhə önəm verib. Bu səbəbdən də illərlə dözüb, Ermənistan-Azərbaycan müharibəsini beynəlxalq ictimaiyyətə çatdırıb, dünya ölkələrinin azərbaycanlılara qarşı edilən haqsızlıqlara göz yummamasını gözləyib. Amma bir yerdə bıçaq sümüyə dirənir... 2020-ci ildə də Azərbaycan xalqının səbri bitdi. Qan bahasına torpaqlarımızı işğaldan azad etdik. Bu gün qalib ölkənin vətəndaşıyıq... İndi sülh istəyirik, tələb edirik... Çünki biz bu savaşda haqlıyıq...

Rusiya Ukrayna müharibəsi... Fevralın 24-də “hərbi əməliyyat” adı ilə başlayıb hələ də davam edir. Uşaqlar, qadınlar öldürülür, yaşayış məntəqələrə atəşə tutulur, dinc əhaliyə divan tutulur. 40 gündən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsində 200-dən çox uşaq, minlərlə dinc əhali öldürülüb. Qərb ölkələri, Avropa Birliyi müharibəyə hərhansı bir formada müdaxilə etməyə çalışır, amma müharibə, döyüşlər səngimir...

30 il və hələ ki, 40 gündür ki, davam edən müharibə...

Müharibələr təkcə insanların sağlamlığına, həyatına son qoymur. Müharibələrin verdiyi mənəvi travmalar hələ uzun illər yaddaşlardan silinmir. Məsələn, Qarabağ müharibəsində şəhid olan oğulların övladları ömrünün sonuna kimi bu müharibəni qarğıyacaq. Onların nəvələri babalarının qəhrəmanlıqlarından danışacaq və tarix davam edəcək... Rusiya-Ukrayna müharibəsində valideynlərini itirmiş uşaqlar ömürlərinin sonuna qədər bu acıları unutmayacaq...

  • Bəs dində müharibə haqqında nə deyilir?
  • Kim şəhid hesab edilir?

“Hər bir millət öz ərazi bütünlüyünü qorumalıdır. Hər kəs öz vətəninə sahib çıxmalıdır. Peyğəmbərimiz buyurub ki, “vətəni sevmək imandandır”. Yəni peyğəmbərimiz vətəni sevməyi, torpaqları qorumağı imanla əlaqələndirib. Yəni bu sevgi imandan gəlir” - Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı İbrahim Məmmədov danışıb. Onun sözlərinə görə, dinin müharibə ilə bağlı qaydalarına gəldikdə isə, buyurulur ki, qadınlara, uşaqlara, tarladakı əkinçilərə və ağaclara toxunulmamalıdır. Dinə görə, sizinlə döyüşənlərlə döyüşməli, sivil insanlara zərər toxundurmamaq, onları zülmə məruz qoymamaq, soyqırım törətməməlisiniz. İslam dini sizlərlə döyüşənlərlə döyüşməyə dəvət edir. Bu zaman da sivil insanları, yaşayış məntəqələrini atəşə tutmağı din qadağan edir. Buna icazə vermir, yolverilməzdir.

Müharibələr əsrlər boyu olub və olacaqdır. Müharibələrin mahiyyəti ondan ibarətdir ki, gələcək nəsillərin azadlıqda yaşasın, kimlərinsə əsarətində olmasın və özləri öz talelərini, həyatlarını qura bilsinlər.

Müharibələr dinin göstərişi ilə həyata keçirilərsə, həmin müharibədə həlak olanlar şəhid hesab edilirlər. Şəhid isə ən ali məqam hesab edilir. Şəhidlərin qanı müqəddəs sayılır. Şəhidlərin verilməsi bir xalqın gələcəyinin əmin amanlığını, firavan həyat yaşamsını və azadlıq əldə etməsini təmin edir.

İlahiyyatçı bildirir ki, müharibələrin bir qismi dinlə heç bir uyğunluq təşkil etmir:

“Müharibə dinə çox ziddir. Soyqırıma, zülmə məruz qoymaq, sivil insanların, dinc əhalinin yaşamını pozmaqdan başqa bir şey deyil. Bu dində bəyənilməyən əməldir. Bu səbəbdən də biz o cür müharibələri haqq olaraq, düzgün olaraq hesab etmirik”.

Xristianlıq da müharibəni qəbul etmir. Belə ki, bir xristianın vəzifələri arasında döyüşmək deyil, müharibəni dayandırmaq, sülhü bərqərar etmək var. İncildə qeyd edilir:

“Düşmənlərinizi sevin, sizdə nifrət edənlərə yaxşılıq edin, sizi təhqir edənlər üçün dua edin. İnsanların sizə necə davranmasını istəyirsinizsə, siz də elə davranın. Əgər ancaq sizi sevənləri sevsəniz, bu sizə heç nə qazandırmaz. Günahkarlar belə onları sevənləri sevirlər. Siz sizə yaxşılıq edənlərə yaxşılıq etsəniz, bu sizə heç nə qazandırmaz. Günahkarlar belə eynisini edir”...

Dinlərin müharibə qaydaları haqqında çox danışmaq olar. Amma İslam dinində də qeyd edildiyi kimi, Vətəni sevmək imandan gəlir. Hansı din olursa olsun, hər kəs vətəninin ərazi bütünlüyü uğrunda savaşdan çəkinməməlidir. Haqq yerini tutana qədər...

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »