Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Qərargah: Rusiya ordusunda fərarilik artır
Baş Qərargah: Rusiya ordusunda fərarilik artır

Rus işğalçılarının döyüş hissələrinin və dəstək hissələrinin cəlb edilməsində böyük problemləri var.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib.

"İşğalçı qoşunlar itki verməkdə davam edir. Döyüş hissələrinin və yardımçı hissələrin cəlb edilməsində böyük problemlər var. Düşmən şəxsi heyətinin ruhdan düşməsi silahlı qüvvələrin hərbi qulluqçularının fərarilik və imtina hallarının artmasına səbəb olub. Rusiya Federasiyası hərbçiləri Ukrayna ərazisindəki müharibədə iştirak etməyə məcbur edir”, - məlumatda deyilir.

"İndi Rusiya işğalçıları Xarkovu blokadaya salmaq planlarını həyata keçirmək planlarını reallaşdırmağa çalışırlar. Şəhəri daimi artilleriya atəşinə tutaraq insanları vahiməyə salmağa, yaşayış məhəllələrini və şəhər infrastrukturunu məhv etməyə çalışır. Məqsəd insanların vilayəti tərk etməsi və orduda çaşqınlıq yaratmaqdır. Lakin biz düşmənin bütün təxribatlarına cavab verməyə hazırıq", - deyə qeyd edilib.

Baş Qərargahın məlumatına görə, rus işğalçıları qoşunları yenidən qruplaşdırır və səylərini Ukraynanın şərqində hücum əməliyyatı hazırlamaqda cəmləşdirir: "Polesie və Severşinadan çıxarılan bölmələrin qalıqları yeni əməliyyat bölgələrində döyüşü davam edirmək üçün cəmləşdirilir. Mərkəzi Hərbi Dairə qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını başa çatdırıb.

Bundan əlavə, dəmir yolu eşelonlarına yükləmək üçün silah və hərbi texnika sütunlarının Belarus ərazisi ilə Qomel, Yelsk və Mozır dəmir yolu stansiyaları istiqamətində hərəkəti qeydə alındığı bildirilir.

Ağ Ev iddia edir ki, Ukraynada müharibənin yeni mərhələsi bir neçə ay və ya daha çox davam edə bilər. İşğalçılar əvvəlki hərbi uğursuzluqlarına “don geydirmək” üçün Luqansk və Donetsk vilayətlərinin daha geniş sərhədlərini ələ keçirməyə çalışacaqlar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »