Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın törətdiyi "Buça qırğını" ilə bağlı sübutlar toplanıb
Rusiyanın törətdiyi "Buça qırğını" ilə bağlı sübutlar toplanıb

Dünyanı sarsıdan görüntülərə şahidlik edən Ukrayna prezidenti Vladimir Zelenski Buçaya səfərindən sonra xalqa müraciətində təkcə Buçada 300-dən çox mülki şəxsin işgəncələrə məruz qalaraq öldürüldüyünü bildirib.

Bizimyol.info xəbər verir ki, Ukrayna rəsmiləri Rusiya ordusunun geri çəkildiyi Buça şəhərində yol kənarında əlləri arxadan bağlanmış və edam edilən çoxlu cəsəd tapdıqlarını açıqlayıblar.

Dünən Buçada araşdırmalar aparan Zelenski açıqlamasında “müharibə cinayətləri” ilə bağlı sübutlar topladıqlarını bildirib.

Hətta Zelenski, "Bütün şəhərdə araşdırmalar tamamlandıqda, bu rəqəmin artma ehtimalı böyükdür",- deyə bildirib. Onun sözlərin görə, Rusiya ordusunun geri çəkildiyi digər şəhərlərdə ölənlərin sayı daha çox ola bilər.

Prezident onu da qeyd edib ki, bu gün BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.

Bundan əlavə Rusiya ordusu Kiyev və onun ətrafından geri çəkildiyi bir vaxtda Kiyev meri Vitali Kliçko mülki əhalini geri qayıtmazdan əvvəl bir neçə gün daha gözləməyə çağırıb. Kliçko Reuters agentliyinə deyib: “Kiyev ətrafında komendant saatı davam edir. “Kiyev yaxınlığındakı bəzi şəhərlərdə işğalçılar tərəfindən qoyulmuş minalar ola bilər.

Xatırladaq ki, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia, Buçada heç bir mülki vətəndaşın zərər görmədiyini bildirib. Nyu Yorkda mətbuat konfransı keçirən Nebenzia Ukraynanı sübutlar uydurmaqda günahlandırıb və görüntülərin Qərb ölkələrinin təxribatı olduğunu bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »