Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hansı halda nüvə silahından istifadə edə bilər - Polyanskidən açıqlama
Rusiya hansı halda nüvə silahından istifadə edə bilər - Polyanskidən açıqlama

Ukraynadakı "əməliyyat" zamanı Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı eyhamların zərrə qədər də rasional əsası yoxdur. Belə silahlardan istifadə meyarlarının Ukraynada baş verən ssenari ilə heç bir əlaqəsi yoxdur.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT-nin tərksilah komissiyasının sessiyasında çıxışı zamanı deyib.

“Təəssüflə bildiririk ki, məsuliyyətsiz Qərb siyasətçilərinin və ekspertlərinin ağzından Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" zamanı nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı təxribat xarakterli eyhamlar eşidilməkdədir. Bu fikirlərin zərrə qədər də rasional əsası yoxdur, onlar müəyyən dərəcədə anti-Rusiya isteriyasını qızışdırmağa yönəlib. Rusiyanın təhlükəsizlik və müdafiə siyasətinin əsasları ilə tanış olmayan, sırf ictimaiyyəti Rusiyaya qarşı qəzəbləndirmək üçün nəzərdə tutulub”, - Polyanski bildirib.

“Bu gün səsləndirilən uydurmaların əksinə olaraq, Rusiyanın nüvə potensialından istifadə etməsi yalnız ona ya da müttəfiqlərinə qarşı nüvə və digər kütləvi qırğın silahlarından istifadə edilməsinə cavab olaraq baş verə. Bundan başqa ölkəmizə qarşı təcavüz baş verərsə və ya dövlətin mövcudluğu təhlükə altına düşərsə, o zaman bütün silahlardan istifadə edilə bilər, hətta nüvə silahından da istifadə mümkündür",- deyə diplomat vurğuladı.

"Bu meyarlar heç bir halda hazırda Ukraynada cərəyan edən ssenariyə şamil edilə bilməz",- deyə o əlavə edib. Polyanski deyib ki, ABŞ öz nüvə silahlarını Avropadan çıxarmalı və onları yerləşdirmək üçün infrastrukturu ləğv etməlidir.

“Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəlikləri pozaraq, Amerikanın qeyri-strateji nüvə silahları bəzi qeyri-nüvə Avropa ölkələrinin ərazisində saxlanılır. Bu cür təcrübələri dayandırmaq, nüvə silahlarını sahibinin milli ərazisinə qaytarmaq və onların Avropada yerləşdirilməsi üçün infrastrukturu ləğv etmək lazımdır”,- deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »