Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski BMT-nin iclasında çıxış edəcək: Rusiyanın müraciəti rədd edildi
Zelenski BMT-nin iclasında çıxış edəcək: Rusiyanın müraciəti rədd edildi

Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərinə təcavüzkar ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya hərbi yardım göstərilməsi tələbi ilə müraciət etməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, ötən axşam ukraynalılara videomüraciətində İspaniya parlamenti və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edəcəyi barədə məlumat verib.

BMT Təhlükəsizlik Şurasının aprelin 5-nə planlaşdırılan iclasında Ukrayna prezidenti Kiyev vilayətinin şəhərlərində, xüsusilə Buça, İrpen və Qostomeldə Rusiya işğalçıları tərəfindən ukraynalılara qarşı törədilmiş soyqırım cinayəti bağlı məruzə ilə çıxış edəcək. Ukrayna prezidenti işğaldan azad olunandan dərhal sonra Buça şəhərinə gedib və orada baş verən qətliamın görədildiyi yerləri müşahidə edib. Düşmən irticasından təsadüf nəticəsində sağ qalmış yerli vətəndaşlarla görüşüb.

Zelenski gördükləri və digər bölgələrdən əldə edilən məlumatları dünya ictimaiyyətinə çatdıracağını bildirib. Prezident deyib ki, dünya xəbərdar olmalıdır ki, bu, təkcə ukraynalılara deyil, insanlığa qarşı görünməmiş cinayətdir: "Rusiya etdiyi cinayətlərə, qətliamlara görə cavab verməlidir", - deyə o qeyd edib.

Rusiya hərbçilərinin Ukraynadakı hərbi cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasından sonra Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq üçün təşkilata müraciət edib. Lakin görüşün artıq aprelin 5-nə təyin edildiyini əsas gətirərək, onların müraciəti rədd edilib.

Xatırladaq ki, BMT Kiyev vilayətində və bütün Ukraynada dinc əhaliyə qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyanların hamısının beynəlxalq hüquq, insan hüquqları və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq cəzalandırılmalı olduğunu bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »