Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın yeni XİN başçısı Azərbaycana dəvət olunub
Gürcüstanın yeni XİN başçısı Azərbaycana dəvət olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İlya Darçiaşvilini Bakıya səfərə dəvət edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, XİN başçıları arasında baş tutmuş telefon danışığı zamanı Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərindən söz açılıb, iki ölkə arasında sıx əməkdaşlıq və mövcud əlaqələrin yüksək dinamikası vurğulanıb.

Nazirlər regiondakı vəziyyəti və ikitərəfli münasibətlərin gündəliyini də nəzərdən keçiriblər. Cənubi Qafqaz regionunun dayanıqlı sabitliyi və inkişafında Gürcüstanın rolu bir daha yüksək qiymətləndirilib.

XİN rəhbərləri ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün fəal əməkdaşlığa hazırlıq ifadə ediblər.

C.Bayramov gürcü həmkarını XİN başçısı təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »