Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası keçiriləcək
Sabah BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası keçiriləcək

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə aprelin 5-də keçiriləcək iclasına ev sahibliyi etmək öhdəliyinə sadiq qalır.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın təşkilatdakı daimi nümayəndəsi Barbara Vudvord tviterdə videomüraciətində bildirib.

Vudvord çıxışında Buçada baş verənləri nəzərə almağın vacibliyini vurğulayıb.

Bundan əvvəl Rusiya aprelin 4-də Buçada baş verən hadisələrin müzakirəsini tələb etmişdi. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, ölkəsi görüşün təşkili üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətinin Buça şəhərində dinc sakinlərin öldürülməsi ilə bağlı ittihamları rədd edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »