4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
XİN-dən Bizimyol.info-ya verilən məlumata görə, Ceyhun Bayramov, David Zalkalianinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib.
Nazir, David Zalkalianiyə yeni, Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsində uğurlar arzulayıb.
Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və və ona yeni vəzifəsində uğurlar arzulayıb.