Rusiyanın Ukraynaya təcavüzü Aİ-nin özünü idarə etməsinə və nizamlamalar aparmasına səbəb olub.
2004-cü ildə Aİ-nin Mərkəzi-Şərqi Avropa və Baltikyanı regiona doğru genişlənməsi, İttifaq daxilindəki ən dərin fikir ayrılıqlarından biri idi. Bununla belə, işğal, İttifaq üzvlərinin ortaq bir nöqtədə birləşməsinə şərait yaradıb.
Aİ-də bu strateji dəyişikliyin müharibədən sonra, eləcə də Ukrayna müharibəsi zamanı davam edəcəyi gözlənilir. Çünki müharibə sayəsində Qərbi və Mərkəzi Avropa arasında Aİ-nin təhlükəsizlik anlayışı ilə bağlı müzakirələr bağlanıb.
Ancaq Avropada, hətta Rusiya təbii qazından ən çox asılı olan Almaniyada belə üç partiyalı koalisiya hökumətinin verdiyi qərarla bu ölkə həm müdafiə xərclərini artırdı, həm də bəzi tədbirlərlə Rusiyadan enerji asılılığına son qoyacağını açıqladı. Təbii ki, bu proses Almaniya üçün ciddi dəyişiklik hesab olunur. Almaniya Parlamentinin 27 fevral 2021-ci il tarixində keçirilən növbədənkənar iclasında kansler Olaf Şolz öz partiyası olan Sosial Demokrat Partiyasının uzun müddətdir davam edən “Ostpolitik”inə son qoydu. Ostpolitik, yəni 1970-ci illərin əvvəllərində yaradılmış “Şərq Siyasəti”. Almaniya bu siyasəti ilə Sovet İttifaqını (SSRİ) siyasi və iqtisadi cəhətdən Avropaya yaxınlaşdırmağı qarşısına məqsəd qoymuşdu. Ostpolitikin əsas elementi ABŞ-ın qarşı çıxdığı, lakin o zaman Qərbi Almaniyanın SSRİ-yə inam, sabitlik və proqnozlaşdırıla bilənlik gətirəcəyini düşündüyü qaz kəmərinin tikintisi idi. Həmçinin, Ostpolitikin Avropa və NATO üçün mühüm nəticələrinin olduğu da bildirilir.
Fransada Prezident seçkilərinin 10-24 aprel 2022-ci il tarixlərində iki turda keçirilməsi planlaşdırılır. Hazırkı prezident Emmanuel Makronun müharibə ilə bağlı diplomatik mövqeyi Onu seçki yarışında digər 13 namizəd arasında fərqləndirir. Suriya və Əfqanıstandan olan qaçqınların üzünə Aİ qapılarının açılmasına qarşı çıxan bəzi üzv ölkələr indi ukraynalı qaçqınları qarşılayanlar sırasındadır. Aİ hətta ukraynalı qaçqınlara 27 üzv dövlətin hamısında 3 ilə qədər qalmaq və işləmək hüququ verib. İttifaq, həmçinin qaçqınlara sosial yardım, mənzil, müalicə və məktəblərdə təhsil almaq imkanı verəcək.
Digər tərəfdən, Aİ üzvü olan, lakin NATO üzvü olmayan İsveç və Finlandiya kimi ölkələr də mümkün NATO üzvlüyünü gündəmə gətirir. Aİ-də qəbul edilən bəzi qərarlara nəzər salan Polşa, Aİ ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Hətta Aİ-nin qətnamələrinin ən dissident üzvü olan Macarıstan da işğal prosesinə qarşı çıxmır. 31 yanvar 2020-ci ildə Brexit prosesi ilə Aİ-dən ayrılan İngiltərə, müharibənin təsiri ilə İttifaqla əməkdaşlığa başladı.
Aİ-də və üzv dövlətlərdə qeyd olunan strateji dəyişikliklər praktikaya çevrilir və ümumi təhlükəsizlik-müdafiə məsələləri üzrə əvvəllər qəbul edilmiş qərarların icrası sürətləndirilir. Yenə də müharibə Aİ-nin Təhlükəsizlik və Müdafiə üzrə Strateji Kompasda 2030-cu ilə qədər iddialı fəaliyyət planına gətirib çıxarır. Eyni zamanda, NATO-nun 2022-ci ilin iyun ayında Madriddə keçirəcəyi “NATO - 2022 Strateji Konsepsiyası” ilə alyansın üzləşdiyi təhlükəsizlik problemləri müəyyən ediləcək və bu məsələlərlə bağlı NATO-nun siyasi və hərbi missiyalarının konturları müəyyənləşdiriləcək. Anlaşıldığı kimi, Aİ və NATO-nun təhlükəsizlik və müdafiə ilə bağlı strategiya və siyasəti koordinasiyalı şəkildə davam edəcək.
Bu çərçivədə Aİ enerji, miqrasiya-qaçqın, təhlükəsizlik və müdafiə kimi həyati əhəmiyyətli qərarlarını həyata keçirdi. İşğalla birlikdə Aİ üzvləri arasında sıraların daraldığı bir zamanda, NATO-nun əhəmiyyəti artdı və ABŞ yenidən Avropaya qayıtdı. Aİ, ABŞ və NATO kimi Qərb aktyorları indi bu vəziyyəti Putinə borcludur.
Mətin Şükürlü, Bizimyol.info