Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Sauli Niiniste ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, tərəflər danışıq zamanı Türkiyə-Finlandiya münasibətləri və regional məsələləri müzakirə edib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikir mübadiləsi aparıldığı görüşdə Prezident Ərdoğan atəşkəs və humanitar dəhlizlərin açılması istiqamətində ölkəsi tərəfindən səylərin davam etdirildiyini həmkarının diqqətinə çatdırıb.
Bundan əlavə, danışıq zamanı Türkiyə-Finlandiya İqtisadi-Ticarət Komitəsinin ilk iclasının iyun ayında Ankarada keçiriləcəyi də vurğulanıb.