Ukrayna prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya səfər edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Prezident yollarda dağıdılmış Rusiya texnikalarına baxış keçirib. O dağıdılmış şəhərin yerli sakinlərlə söhbət edib. Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini xüsusilə qeyd edib.
BBC-nin müxbiri bu gün Buçaya səfəri zamanı Zelenskidən "hələ də Rusiya ilə sülhü müzakirə etməyin mümkün olub-olmadığı"nı soruşub.
"Bəli, çünki Ukrayna sülhə qovuşmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik", - deyə Zelenski bildirib.
Prezident Volodymyr Zelensky deyib ki, özlərini ordu adlandıran qatillər, cəlladlar, təcavüzkarlar və talançılar etdikləri əməllərdən sonra yalnız ölümə layiqdirlər.
Qeyd edək ki, aprelin 1-də Buça şəhərinin meri Anatoli Fedoruk Ukrayna Silahlı Qüvvələrinin rus işğalçılarını qovduğunu bildirib. Onlar geri çəkilərək qəsəbə daxilində mülki tikililəri, infrastruktur obyektlərini və bəzi əraziləri minalayıblar. Şəhərin küçələrində əlləri bağlı ölmüş mülki şəxslərin cəsədləri tapılıb. Məlum olub ki, rus əsgərləri insanları zorlayır, təhqir edir, işgəncə verirdilər.
Eyni zamanda, Moskva öz qoşunlarının Rusiya Federasiyası tərəfindən ələ keçirilən Ukrayna şəhərlərində mülki əhaliyə qarşı hərbi cinayətlərdə iştirakını inkar edir.
Rusiya hərbi komandanlığı Buçada ukraynalıların işgəncələrə məruz qalması, zorlanması və öldürülməsi ilə bağlı məlumatı “təxribat” adlandırır. Kremlin məlumatına görə, bu cinayətləri “neonasistlər” törədib.
Yeri gəlmişkən:
Bu gün dünya Buça qətliamının görüntülərini izlədikcə dəhşətə gəlir. Eynən 30 il əvvəl bizim və dost ölkələrin yanıb-yaxıldığı Xocalı dəhşəti kimi. Rusiya o vaxt bizim ürəyimizin qanını görməyən Avropanı da ürəyindən vurdu. Bu faciəni yaşamış xalq olaraq Ukrayna xalqının kədərini anlayır, dərdinə şərik oluruq.
1992-ci il fevralın 26-da Ermənistan-Rusiya qoşunlarının, Buçadan daha dəhşətli vəhşiliklər törətdi - Azərbaycan xalqına Xocalı soyqırımını yaşatdı. İnsanarın yaşamına son qoydu, uşaqları süngüyə taxdı, meyitlərin dərisini soydu. Buça faciəsini, haradasa, yüngül formada Xocalı soyqrımının təkrarıdır da adlandırmaq olar. O vaxt dünya bizə indi Ukraynaya inandığı qədər inanmadı. Bəlkə inandı, amma "Böyük Rusiya Hərbi Səneye Kompleksi" mifindən çəkindilər. Bəyanat verməklə kifayətləndilər. Rusiyanı "incitmək" istəmədilər, hətta onun əlaltısı olan Eermənistana sanksiya da tətbiq etmədilər. Amma bu gün iflic edilmiş Rusiyaya Buça şəhərində törədilən qətliama görə, əlavə sanksiyalar tətbiq etmək barədə bəyanatlar səsləndirirlər. Haqlıdılarmı? Bu gün üçün haqlıdılar. Amma haqlı olmaq hərdən ədalətli addım atmaq deyil, həmişə adil və aqil olmaqdır. Bizə qarşı Ermənistan Rusiyadan kömək almışdı, Ukraynaya qarşı isə, nə qədər gülməli səslənsə də, Rusiya Ermənistandan kömək istəyir. Görünür, onları birləşdirən qan tökmək hərislikləridir.
Qadir, Bizimyol.info
P.S. "Böyük Rusiya Hərbi Səneye Kompleksi" mifini də Azərbaycan və dostları 2020-ci il İkinci Qarabağ Müharibəsi zamanı dağıtdı.