Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Heç olmasa, bizim arqumentlərimizə qulaq assınlar
Peskov: Heç olmasa, bizim arqumentlərimizə qulaq assınlar

Kreml beynəlxalq liderləri Buçadakı vəziyyətlə bağlı əsassız ittihamlar səsləndirməyə tələsməməyə və müxtəlif mənbələrdən məlumat tələb etməyə çağırıb.

Bizimyol.info "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib.

"Vəziyyət əlbəttə ki, ciddidir və burada biz tələb edərdik ki, xüsusən də bir çox beynəlxalq liderlər bəyanatlar verməyə, geniş ittihamlar səsləndirməyə tələsməsinlər. Müxtəlif mənbələrdən məlumat tələb etsinlər, heç olmasa, bizim arqumentlərimizə qulaq assınlar",- Kreml sözçüsü bildirib.

Buçada mülki şəxslərin öldürülməsi ilə bağlı məlumatlar "ciddi şəkildə sorğulanmalıdır",- Peskov bildirib. O vurğulayıb ki, bu materiallara “etibar etmək olmaz”: Müdafiə Nazirliyinin ekspertləri onlarda “video fırıldaqçılıq əlamətlərini və müxtəlif saxtakarlıqları – bu və ya digərini” aşkar ediblər. "Faktlar, hadisələrin təqvim ardıcıllığı da bu bəyanatların etibarlılığının xeyrinə danışmır",- Peskov əlavə edib.

"Biz istənilən ittihamı qəti şəkildə rədd edirik. Üstəlik, bu mövzunun mümkün olan ən yüksək səviyyədə müzakirə edilməli olduğuna inanırıq",- Peskov bildirib. Ona görə də o, sözlərinə davam edərək, Moskva “bu mövzuya Təhlükəsizlik Şurasında baxılması” təşəbbüsü ilə çıxış edib. "Biz bilirik ki, bu təşəbbüsün qarşısı alınıb. Diplomatlarımız bu məsələnin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılması üçün fəal səylərini davam etdirəcəklər. Mövzu çox ciddidir", - Peskov bildirib.

O, Kremlin nöqteyi-nəzərindən istintaqın necə aparılmalı, kimlərin iştirak etməli olduğunu müzakirə etməyib. "Mən indi bu suala cavab verə bilmərəm, lakin ən azı bu mövzunun Təhlükəsizlik Şurasının platformasına çıxarılması təşəbbüsünün özü göstərir ki, Rusiya beynəlxalq səviyyədə müzakirəni istəyir və faktiki olaraq tələb edir", - prezidentin sözçüsü bildirib.

Kreml beynəlxalq agentliklər tərəfindən Buçadan çəkilmiş və yayımlanan foto və videoları saxta hesab edib-etmədiyi sualına cavab olaraq Peskov deyib: “Hansı videolardan danışdığınızı bilmirəm”. “Mən bu xəbərlə tanış deyiləm”,- deyə, o, BBC jurnalistinin öz materialına istinad edərək dediklərinə cavab verib: “Söhbət əslində səslənməyə başlayan ittihamların əsasını təşkil edən kadrlardan gedir”,- deyib.

Qadir, Bizimyol.info

P.S. Dünyanın nüfuzlu KİV-ləri Buçadan foto və videolar çəkərək Rusiya hərbçilərinin şəhərdə necə vəhşiliklər etdiyini faktlarla dünyaya çatdırıblar. Kreml isə etdiklərinə görə üzr istəməkdənsə, BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib. O BMT-nin ki, 40 gün əvvələ qədər Rusiyaya "mühaibəyə başlamamaq"labağlı dəfələrlə müraciət ünvanlayıb. Hər dəfə də, Rusiyanın "müharibə olmayacaq, biz öz ərazilərimizdə təlimlər keçirik" yalanı ilə qarşılaşırdı. Təşkilat isə regionda baş verənlərin müharibəyə istiqamətləndiyini görürdü. Buna görə də israrla Rusiyadan qoşunlarını geri çəkməi ilə bağlı bəyanatlar səsləndirirdi. Rusiya isə bu çağırışlara məhəl qoymadan öz istəklərini reallaşdırmağa davam edirdi.

Nəticədə müharibə başladı və Rusiya bu gün də dünya istimaiyyətini aldada biləcəyini düşünür.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »