Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ordusu müharibə ilə bağlı cizgi filmi yayımlayıb - Video
Ukrayna ordusu müharibə ilə bağlı cizgi filmi yayımlayıb - Video

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sosial hesabında “Kiçik cizgi filmləri” başlığı altında Rusiya-Ukrayna müharibəsini əsk etdirən cizgi filmi videosu paylaşılıb. Paylaşıma ukraynalılar müxtəlif şərhlər yazıblar. Bəziləri qeyd edib ki, bu cizgi filmi həyatın reallıqları üzərində hazırlanıb. Bəziləri isə, bu cizgi filmi izlədikdən sonra ən sevimli cizgi filmini tapdığını bildirib.

Cizgi filmində Rusiya ordusunun Ukraynada uğursuz əməliyyatlarından bəhs edilir. “Cizgi filminin adı “Bayka cəbhədə” adlanır. Cizgi filmində 4 Rusiya tankının Ukrayna ərazisinə keçməsi və orada çox gülünc şəkildə məhv edilməsi qeyd edilib.

Cizgi filmindən hiss edilir ki, Ukrayna təkcə müharibədə qalib gəlmək üçün güclü şəkildə mübarizə aparmır, həm də bu tarixi uşaqların unutmaması üçün cizgi filmi şəklində yaddaşlara yazır. Bu cizgi filmi ilə yanaşı, müharibə zamanı Rusiya ordusunun əkinçilərdən texnika almasını da əks etdirən cizgi filmi hazırlanıb. Qeyd edilən cizgi filmi isə “Tiktok” sosial şəbəkəsində yayımlanıb.

Xatırladaq ki, bir müddət əvvəl isə, Rusiyada “Mikola və Vanya” adlı cizgi filmi çəkilib və orada da Rusiya-Ukrayna müharibəsi fərqli formada və ironiya ilə öz əksini tapıb.

Bu cizgi filmləri sadəcə, bir nümunədir. Real hadisərləri əks etdirən, gələcəkdə hadisələrin hansı formatda baş verdiyini öyrənmək üçün bu cizgi filmləri böyük əhəmiyyətə malikdir. Yəni onlara reallıqları çatdırmağın başqa üsulu kimi də baxmaq olar.

3 günlük “hərbi əməliyyat” adı ilə başlanan müharibə artıq 40 gündən çoxdur ki, davam edir. Bu müharibə Rusiyanın hərbi və siyasi simasını aşkara çıxaran bir müharibədir. Xatrıladaq ki, fevral ayının 24-dən başlayan Rusiya-Ukrayna müharibəsində - sözün əsl mənasında - Ukrayna böyük qəhrəmanlıq göstərdi. Geri çəkilmədi, mübarizəni davam etdirdi. Əliyalın xalq tankalrın qarşısına çıxıb onları dayandırmağa çalışdı.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə dövründə 158-dən çox uşaq öldürülüb, onlarla uşaq müxtəlif dərəcəli xəsarət alıb. Ukraynanın bir çox şəhərlərinin infrastrukturu tamamilə məhv edilib. Ukrayna Hərbi Qüvvələrinin məlumatına görə, müharibə zamanı 18 mindən çox rus əsgəri öldürülüb.

Ukraynanın da itkiləri az olmayıb, amma Volodimir Zelenskinin də dediyi kimi, “itkisiz müharibə olmur, amma biz geri çəkilməyəcəyik. Bu, xalqın fikridir. Xalq, tankların qarşısına əliyalın çıxır. Bunu onlara mən əmr etmirəm”...

Bizimyol.info xəbər portalı Ukrayna Hərbi Dəniz Qüvvələrinin hazırladığı cizgi filmini təqdim edir:

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »